“Zəhmət olmasa” və “təşəkkür edirəm” OpenAI-yə baha başa gəlir – nə dərəcədə?
“Zəhmət olmasa” və “təşəkkür edirəm” yazmaq sizə mədəniyyət göstəricisidir, bəs OpenAI üçün nədir? Altman zarafatla bu sözlərin milyonlarla dollara başa gəldiyini deyib.

OpenAI üçün ədəblilik baha başa gəlir? Altman zarafat etdi, amma məsələ düşündürücüdür
“TechCrunch” yazır ki, istifadəçilərin ChatGPT və digər süni zəka modellərinə “zəhmət olmasa” və “təşəkkür edirəm” kimi nəzakətli sözlər yazması OpenAI-yə milyonlarla dollara başa gələ bilər.
Bu fikir X platformasında (əvvəlki Twitter) irəli sürülüb və OpenAI rəhbəri Sam Altman zarafatla cavab verib: “On milyonlarla dollar dəyərində, amma yaxşı sərf olunmuş xərc.”
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Altmanın zarafatla qarışıq cavabı, bu nəzakətli sözlərin elektrik enerjisi və hesablama gücünə necə təsir etdiyini müzakirəyə açıb. Bəs bu cür “ədəblilik” həqiqətən də texniki mənada əlavə yük yaradırmı?
“Microsoft Copilot” dizayn komandasında direktor olan Kurt Beavers isə bildirir ki, nəzakətli dil modeli də müsbət cavab verməyə təşviq edir. Yəni süni zəka “ədəbi” ton hiss etdikdə, daha nəzakətli cavab verir.
Bununla belə, bəzi hallarda kobudluq da öz yeri var. Deməli, süni zəka ilə ünsiyyətdə həm ton, həm kontekst vacibdir – sadəcə “xahiş edirəm” demək kifayət etmir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






