“YouTube” süni zəka saxtakarlıqlarına qarşı texnologiyasını genişləndirir
“YouTube” məşhurların AI vasitəsilə təhrif olunmuş görüntü və səslərini aşkar edən sistemini genişləndirir. Şirkət eyni zamanda “NO FAKES” qanun layihəsini dəstəkləyir.

“YouTube” süni zəka ilə yaradılmış saxta simaları aşkarlamaq üçün texnologiyasını genişləndirir
“TechCrunch”-a istinadən “Mediahub.az” xəbər verir ki, “YouTube” məşhurların süni zəka vasitəsilə yaradılmış saxta görüntülərini və səslərini aşkarlamaq üçün nəzərdə tutulan texnologiyasını bir neçə aparıcı kontent yaradıcısına təqdim edib.
Yeni sistem məşhur simaların – o cümlədən MrBeast, Mark Rober, Marques Brownlee və Doctor Mike kimi tanınmış “YouTube” yaradıcısıların iştirakı ilə test olunur. Texnologiya platformanın “Content ID” sisteminə bənzər şəkildə işləyir və süni zəka ilə yaradılmış sima və səsləri avtomatik müəyyən etməyə çalışır.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Şirkət eyni zamanda ABŞ-da təqdim olunan və saxta AI məzmununun qarşısını almağa yönələn “NO FAKES Act” adlı qanun layihəsini dəstəklədiyini bəyan edib. Bu qanun, zərərli və icazəsiz AI simulyasiyalarına qarşı hüquqi müdafiə təmin etməyi nəzərdə tutur.
“YouTube” bildirir ki, platformalar belə hallara qarşı məsuliyyət daşıyır və istifadəçilərə öz bənzərliklərinin saxtalaşdırıldığı məzmunu silmək üçün bildiriş imkanı verilməlidir. Bu, həm də zərərli feyklərlə icazəli yaradıcı məzmunu ayırmaq üçün vacibdir.
Texnologiya ilk dəfə 2024-cü ilin dekabrında “Creative Artists Agency” (CAA) ilə əməkdaşlıq çərçivəsində təqdim edilib. Şirkət bu sistemin ilin sonuna kimi daha geniş istifadəçi auditoriyasına təqdim olunacağını bildirir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






