Yeni “Mercedes-Benz GLS 2025” təqdim olundu – BMW X7 və “Lexus LX700h”ə ciddi rəqib
“Mercedes-Benz” Çində yeni “GLS 2025” modelini təqdim etdi. 380 at gücündə mühərrik, 9 pilləli avtomat sürətlər qutusu və lüks təchizat bu SUV-ni BMW X7 və “Lexus LX700h” qarşısında rəqabətə aparır.

“Mercedes-Benz GLS 2025” nə təklif edir? Yeni flaqman SUV haqqında təfərrüatlar
“iXBT.com”-a istinadən “Mediahub.az” xəbər verir ki, “Mercedes-Benz” Çində yeni flaqman SUV modeli – “GLS 2025”i təqdim edib.
Yeni model BMW X7 və “Lexus LX700h” ilə rəqabət aparmaq üçün hazırlanıb. Avtomobil üç fərqli versiyada təqdim edilir: Dynamic (145,5 min dollar), Fashion (170 min dollar) və Luxury (192 min dollar).
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Görəsən bu nəhəng SUV nələri təklif edir? 3,0 litrlik 380 at gücündə altısilindrli mühərrik, 48 voltluq əlavə sistem, 9 pilləli avtomat sürətlər qutusu və tam ötürücülü sistem standart təchizatdadır. Yanacaq sərfi isə cəmi 9,9 l/100 km təşkil edir.
Salonda isə lüks atmosfer hökm sürür: mikrofibra tavan örtüyü, napa dərisi ilə işlənmiş sükan, bütün oturacaqlar üçün isitmə, Burmester audio sistemi və arxa sərnişinlər üçün fərdi MBUX ekranları təqdim olunur.
5210 mm uzunluq, 2030 mm en və 1838 mm hündürlüyə malik “GLS 2025” 7 nəfərlik oturacaq düzülüşü (2+3+2) təklif edir. Sözsüz ki, bu model premium SUV bazarında ciddi rəqabət yaradacaq.
Bu xəbəri necə dəyərləndirirsiniz?






