Yeni bəyannamə formaları və tərtib olunması qaydaları təsdiq edilib

Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində Dövlət Vergi Xidməti bir sıra bəyannamə formalarını və onların tərtib olunması qaydalarını təsdiq edib.

02.02.25 - 16:17
 0  5
Yeni bəyannamə formaları və tərtib olunması qaydaları təsdiq edilib
Bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib olunması qaydaları təsdiq edilib @taxes.gov.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ (DVX)

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq Dövlət Vergi Xidməti tərəfindən yeni bəyannamə formaları və onların tərtib olunması qaydaları təsdiqlənib.


Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin və onların əlavələrinin formaları, eləcə də tərtib edilməsi qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib. Təsdiq edilmiş yeni bəyannamə formaları və onaların əlavələri aşağıdakılardır:

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

  • “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nə Əlavələrin (əlavə 3, 4, 5) forması və onların  tərtib edilməsi qaydaları;
  • “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin forması və onun tərtib edilməsi qaydaları;
  • “Mənfəət vergisinin bəyannaməsi”nin forması və onun tərtib edilməsi qaydaları;
  • “Mənfəət vergisinin bəyannaməsi”nə Əlavələrin (əlavə 5 və 8) forması və onların tərtib edilməsi qaydaları;
  • “Gəlir vergisinin bəyannaməsi”nin forması və onun tərtib edilməsi qaydaları;
  • “Gəlir vergisinin bəyannaməsi”nə Əlavələrin (əlavə 3 və 6) formaları və onların tərtib edilməsi qaydaları;
  • “Əmlak vergisinin bəyannaməsinə Əlavə № 1”in forması və onun tərtib edilməsi qaydaları;
  • “Torpaq vergisinin bəyannaməsi”nin forması və onun tərtib edilməsi qaydaları.

Bununla da müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında əvvəlki illərdə təsdiqlənmiş sənədlər ləğv olunub. Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

Mənbə: https://www.taxes.gov.az/az/post/3853

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!