“Yandeks” logistik bazasını gücləndirir – “Boxberry” artıq ekosistemin bir hissəsidir
“Yandeks” çatdırılma xidməti “Boxberry”ni alıb və onu öz ekosisteminə inteqrasiya edir. Proses 2025-ci ilin sonuna qədər başa çatacaq. Xidmətlər Sibir və Uzaq Şərqə də yayılacaq.

“Yandeks” “Boxberry” çatdırılma xidmətini aldı – çatdırılma xəritəsi genişlənir
“Ferra.ru”-ya istinadən “Mediahub.az” xəbər verir ki, “Yandeks” Rusiyanın tanınmış logistik şirkəti “Boxberry”ni rəsmi olaraq satın alıb.
Rusiya Federal Antimonopoliya Xidməti ilə razılaşdırılmış bu alqı-satqıdan sonra infrastrukturun birləşdirilməsi 2025-ci ilin sonuna qədər başa çatdırılacaq. Müqavilənin maliyyə detalları açıqlanmayıb.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Yeni mərhələdə “Yandeks Dostavka” və sifarişlərin götürülməsi məntəqələri 20-dən çox yeni regionda – o cümlədən Sibir və Uzaq Şərqdə istifadəyə veriləcək. Mövcud bölgələrdə isə PVS-lərin sayı artırılacaq.
“Boxberry”nin logistik şəbəkəsi “Yandeks”in ekosisteminə inteqrasiya ediləcək və bu da satıcılar üçün daha geniş infrastruktur imkanları yaradacaq. İndi “Boxberry” istifadəçiləri 14 min “Yandeks” PVS-dən faydalana biləcək.
Bu addım həmçinin “Yandeks”in elektron ticarət texnologiyalarını daha çox partnyor və regiona çatdırmasına şərait yaradacaq.
Bu xəbəri necə dəyərləndirirsiniz?






