“Xpeng” artıq “Nvidia” çipinə ehtiyac duymur – Turing prosessorlarının istehsalına start verildi

“Xpeng Motors” bu rübdə Turing adlı öz süni zəka çipinin kütləvi istehsalına başlayır. Yeni çip 700 TOPS gücü ilə Nvidia Orin X və Thor səviyyəsinə yaxınlaşır.

17.04.25 - 15:01
 0  6
“Xpeng” artıq “Nvidia” çipinə ehtiyac duymur – Turing prosessorlarının istehsalına start verildi
“Xpeng” avtomobilinin süni zəka əsaslı yeni nəsil çipi Turing ilə vizual görüntüsü @ixbt.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

“Xpeng” artıq “Nvidia” çipindən asılı deyil – Turing prosessorlarının istehsalına start verilir

“iXBT.com”-a istinadən “Mediahub.az” xəbər verir ki, “Xpeng Motors” bu rübdən etibarən Turing adlı öz süni zəka prosessorlarının kütləvi istehsalına başlayır.

Şirkətin rəhbəri He Syaopen bildirib ki, bu yeni çip “Xpeng”in gələcək modellərində istifadə olunacaq və Nvidia çiplərindən asılılığı aradan qaldıracaq. Turing çipi təxminən 700 TOPS hesablamalı gücə malikdir və bu, “Nvidia Orin X” səviyyəsində, “Thor” ilə isə müqayisə oluna biləcək göstəricidir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Çipin tərkibində iki müstəqil neyron prosessor (NPU) mövcuddur və o, 30 milyard parametrli İA modellərini lokalda emal edə bilir – bu, “Li Auto”nun 2,2 milyard parametrli VLM sistemindən qat-qat güclüdür.

Turing həm də təhlükəsizlik üçün ayrıca modul, gecə sürüşü və pis hava şəraitində görüntünü optimallaşdırmaq üçün iki ISP (image signal processor) ilə təchiz olunub. Bu, ADAS sistemlərinin performansını ciddi şəkildə artıracaq.

“Xpeng”in məqsədi: süni zəka və maşın görməsi texnologiyalarında liderliyini təmin etmək və xarici çip təchizatçılarından asılılığı minimuma endirməkdir. Görünür, bu hədəf artıq realdır.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.