Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Vladimir Putin İlham Əliyevə zəng edərək təyyarə qəzasına görə üzrxahlığını bildirib. Qəzanın təfərrüatları araşdırılır və beynəlxalq ekspertlər cəlb edilib.

28.12.24 - 21:10
 0  6
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
@report.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Report.az-a istinadən Mediahub.az xəbər saytı məlumat verir ki,

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Maraqlı Xəbərlər
2025-ci il üçün Böyük Qazanc vəd edən 4 Kriptovalyuta
2025-ci il üçün Böyük Qazanc vəd edən 4 Kriptovalyuta

2025-ci ilə böyük gəlir vəd edən kriptovalyutalar: Solana (SOL), Polygon (MATIC), Fantom (FTM) və BlockDAG (BDAG). Onların unikal üstünlüklərini araşdırın.

Sahibkarların Üzləşdiyi 5 Əsas Qorxu və Onları Necə Dəf Etmək Olar?
Sahibkarların Üzləşdiyi 5 Əsas Qorxu və Onları Necə Dəf Etmək Olar?

Sahibkarlıq yolunda 5 əsas qorxu ilə necə mübarizə aparmaq olar? Uğura gedən yolda maneələri fürsətə çevirmək üçün effektiv strategiyalar Mediahub.az-da.

Samsung Təqdim Edir: Galaxy M16 5G və F16 5G Ucuz Model Telefonları
Samsung Təqdim Edir: Galaxy M16 5G və F16 5G Ucuz Model Telefonları

Samsung, MediaTek Dimensity 6300 seriyalı çiplərlə təchiz olunmuş Galaxy M16 5G və F16 5G telefonlarını təqdim edəcək. Hər iki model 50 MP əsas kamera və 5000 mAh batareya ilə gələcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib.

Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Qeyd edək ki, qəza zamanı təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.