“Vergitutma” indikatoru üzrə 2025-ci il Yol Xəritəsi təsdiq edildi - Press Reliz
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya “Vergitutma” indikatoru sahəsində təkmilləşmələrə dair 2025-ci il üzrə Yol Xəritəsini təsdiq edib - Press Reliz.

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ (DVX)
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrə və kommunikasiyaya dair 2025-ci il üzrə Yol Xəritəsi təsdiq olunub. Yol Xəritəsi vergi şəffaflığının artırılması, ekoloji vergilər və yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur - Press Reliz.
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin olunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və hazırlanmış icmalın Komissiyaya təqdim olunması planlaşdırılır. İl ərzində mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçidin tətbiqi, eləcə də "Biznes mühitini və vergi yükünü araşdır" və "Vergitutma rejiminin seçimi" adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, “Vergitutma” sahəsində müvafiq yol xəritəsinin həyata keçirilməsinə məsul “Vergi və hesabatlılıq” İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.
Yol Xəritəsi ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
Bu xəbəri necə dəyərləndirirsiniz?






