Vergi borclarının ödənilməsi ilə bağlı məlumatlandırma tədbirləri davam edir

Dövlət Vergi Xidməti borclu vergi ödəyicilərinə bildirişlər göndərməklə və müxtəlif tədbirlər həyata keçirməklə vergi borclarının ödənilməsini təşviq edir.

02.02.25 - 16:23
 0  7
Vergi borclarının ödənilməsi ilə bağlı məlumatlandırma tədbirləri davam edir
Vergi borclarının ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilir @www.taxes.gov.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ (DVX)

Dövlət Vergi Xidməti vergi borclarının ödənilməsi məqsədilə borclu vergi ödəyicilərinə müxtəlif məlumatlandırma və inzibati tədbirlər tətbiq etməyə davam edir.


2024-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən borclu vergi ödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilib. Belə ödəyicilərin məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon rəsmi bildirişin, mobil əlaqə nömrələrinə 561,8 min sayda qısa mesajların göndərilməsi, eləcə də 208,6 min sayda telefon zənginin edilməsi təmin olunub.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Vergi borcunun dövlət büdcəsinə alınması məqsədilə borclu vergi ödəyicilərinin aktiv bank hesablarına müvafiq sərəncamlar göndərilib, 7.008 şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin olunub, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min qərar qəbul edilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 82-ci maddəsinin müddəalarına əsasən, borclu vergi ödəyicilərinin borcunun ödənilməsi ilə bağlı tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,1 min qərar qəbul edilib, 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aidiyyəti istintaq orqanına göndərilib.

Qeyd edək ki, vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsini təmin edən vasitələrdən biri də Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT). TADAT Metodologiyasına əsasən, vergi borclarının məbləği və hərəkət göstəricisi büdcə ilinin sonunda ümumi vergi borclarının həmin tarixə olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Bu metodologiyaya əsasən, Dövlət Vergi Xidməti tərəfindən 2024-cü il üzrə borcun alınması sahəsində həyata keçirilmiş inzibatçılıq “lazımi səviyyədə təşkil olunmuş” kimi qiymətləndirilib.

Mənbə: https://www.taxes.gov.az/az/post/3857

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!