Vatikan Sikstin kapellasını bağladı – yeni Papa seçkiləri başlayır

Vatikan Papa Fransiskin ölümündən sonra yeni Papa seçkiləri üçün Sikstin kapellasını bağladı. Konklavın başlaması mayın əvvəlində gözlənilir.

29.04.25 - 09:25
 0  4
Vatikan Sikstin kapellasını bağladı – yeni Papa seçkiləri başlayır
Sikstin kapellasının konklav hazırlıqları zamanı görüntüsü @independent.co.uk

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Vatikan Sikstin kapellasını bağladı – yeni Papa seçkiləri başlayır

“The Independent”-ə istinadən “Mediahub.az” xəbər verir ki, Vatikan Papa Fransiskin (Pope Francis) 21 aprel tarixində 88 yaşında vəfat etməsindən sonra yeni Papa seçilməsi üçün Sikstin kapellasını ictimaiyyətə bağlayıb.

Fransisk şənbə günü, Müqəddəs Pyotr (St. Peter's Square) meydanında təşkil olunan möhtəşəm vida mərasimindən sonra torpağa tapşırılıb. Hazırda doqquz günlük matəm davam edir və konklav yalnız bundan sonra başlaya bilər.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Bəs indi nə olacaq? Sikstin kapellası qırmızı libaslı kardinalar üçün xüsusi şəkildə hazırlanır. Ən önəmli işlərdən biri – səsvermə bitdikdən sonra siqnal verəcək bacanın quraşdırılmasıdır.

Bazar günü kapellanı gəzə bilən turistlər özlərini çox şanslı hesab edirlər. Axı konklavın nə qədər davam edəcəyi bəlli deyil və bu sənət incisi uzun müddət bağlı qala bilər.

Kilsə qanununa görə konklav matəmin bitməsindən sonra, yəni 5-10 may tarixləri arasında başlayacaq. Kardinalar gizli səsvermə prosesində iştirak etmək üçün Sikstin kapellasına daxil olarkən Müqəddəslərin Litaniyasını səsləndirəcəklər.

Seçim zamanı onlar Mikalenclonun (Michelangelo) "Adəmin yaradılması" freskası və digər Renessans əsərləri ilə əhatələnəcəklər. Ağ tüstü yeni Papa seçildiyini, qara tüstü isə nəticə olmadığını bildirəcək.

Qapılar bağlandıqdan sonra isə dünyada hamı bir sualı gözləyəcək: Yeni Papa kim olacaq?

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.