Trampın tarifləri “Razer”i ABŞ satışlarını dayandırmağa vadar etdi
“Razer” şirkəti Donald Trampın tarif qərarlarından sonra ABŞ saytında noutbuk satışını dayandırıb. Saytda artıq “Bildiriş göndər” düyməsi görünür. Satışların nə vaxt bərpa olunacağı bilinmir.

Trampın rüsum qərarı “Razer”i ABŞ-da noutbuk satışını dayandırmağa vadar etdi
“iXBT.com”-a istinadən “Mediahub.az” xəbər verir ki, məşhur oyun texnologiyaları brendi “Razer” ABŞ-da rəsmi sayt vasitəsilə noutbuk satışını müvəqqəti olaraq dayandırıb. Bu addım Donald Trampın tətbiq etdiyi yeni gömrük tariflərindən sonra atılıb.
Satışların dayandırılması 2 aprel tarixində – rüsumların qüvvəyə mindiyi gün baş verib. “Razer”in saytında noutbuk və aksesuar bölmələrində artıq “Məni xəbərdar et” bildirişi görünür, birbaşa alış imkanı isə deaktiv edilib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Şirkət hələlik bu qərarla bağlı rəsmi açıqlama verməyib və görünür ki, vəziyyəti müşahidə etmək üçün gözləmə mövqeyindədir. Ekspertlərə görə, bu, düzgün strategiya ola bilər, çünki Tramp tariflərin 90 gün müddətinə dayandırılacağını və bu müddətdə bəzi ölkələr üçün 10% endirim ediləcəyini açıqlayıb. Amma bu güzəştlər Çinə şamil olunmur.
Qeyd edək ki, “Razer”in məhsullarının əsas istehsal bazası məhz Çində yerləşir. Buna görə də Trampın Çin məhsullarına tətbiq etdiyi sərt rüsumlar şirkətin ABŞ bazarındakı qiymət siyasətinə birbaşa təsir göstərib.
Hazırda satışların nə vaxt bərpa olunacağı bilinmir, lakin bu hadisə tariflərin texnologiya sektoruna real təsirini göstərən bariz nümunədir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






