Toxluq hissini necə uzatmaq olar? Sadə vərdişlərlə daha az ye, amma doy!
Aclıq hissini idarə etmək mümkündür! Araşdırmalara əsaslanan 9 sadə üsul sayəsində beynini aldadaraq daha az yeyə bilər və uzun müddət tox qala bilərsən.
Aclığı “aldatmaq” mümkündür – az yeyib tox qalmağın 9 üsulu
“Fakt.pl”-in “Bild.de”yə istinadən yaydığı məlumata görə, aclıq hissini idarə etmək və beynimizi “aldadaraq” daha az yemək tamamilə mümkündür. Bəs necə?
Qidalanma üzrə ekspert Dr. Aileen Alexander bunun üçün 9 sadə, amma effektli üsul təqdim edir: Məsələn, kiçik boşqab seçmək porsiyanın böyük görsənməsinə səbəb olur və doyduğunuzu düşünürsünüz.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Yeməkdən əvvəl su içmək, xüsusilə də çia toxumu əlavə edərək, mədədə toxluq hissi yaradır. Eyni zamanda lifli qidalar – tərəvəzlər, tam taxıllar və meyvələr – həzm prosesini yavaşladır və toxluq hissini uzadır.
Diqqət çəkən digər üsul isə ağız dadını dəyişməkdir – yeməkdən sonra dişləri fırçalamaq və ya şəkərsiz saqqız çeynəmək beynin aclıq impulslarını zəiflədir.
Qoxu da rol oynayır! Güclü ətirli yeməklər – məsələn, qaynadılmış yumurta və ya balıq – daha kiçik porsiyalarla doymuş kimi hiss etdirir.
Əsas qayda: sadə karbohidratlardan uzaq dur, kompleks karbohidratlar, zülallar və sağlam yağlar (avokado, qoz) ilə toxluğunu uzunmüddətli et.
Yeməyə isə mütləq bulyon əsaslı yüngül şorba ilə başla – bu həm mədəni doldurur, həm də artıq kalori qəbulunun qarşısını alır. Sadədir, amma işləyir!
Bu xəbəri necə dəyərləndirirsiniz?






