Təyyarə qəzasında sağ qalan sərnişinlərdən 12-si bu gün Azərbaycana gətirilir
Qazaxıstanda təyyarə qəzasından sağ qalan sərnişinlərdən 12-si bu gün Azərbaycana gətirilir. Onlardan 5-i həkim müşayiəti ilə gətiriləcək.

"Report"-a istinadən Mediahub.az xəbər saytı məlumat verir ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzası nəticəsində sağ qalan sərnişinlərdən 12 nəfəri bu gün Azərbaycana gətirilir.
"Report"-un məlumatına görə, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reyslə, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətirilir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Hadisə haqqında Ətraflı Məlumat
Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən:
- 42-si Azərbaycan vətəndaşı,
- 16-sı Rusiya vətəndaşı,
- 6-sı Qazaxıstan vətəndaşı,
- 3-ü Qırğızıstan vətəndaşı olub.
Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət Səviyyəsində Qərarlar
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət başçısının müvafiq Sərəncamı ilə 26 dekabr tarixində Azərbaycan ərazisində matəm elan edilib.
Ən son xəbərlər üçün Mediahub.az xəbər saytını izləyin!
Bu xəbəri necə dəyərləndirirsiniz?






