Təmiz Şəhər ASC məktəblilər üçün məlumat turu təşkil edib - Press Reliz
Bakı şəhəri Xəzər rayonu 26 nömrəli məktəbin şagirdləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələri ilə tanış olublar, tullantıların çeşidlənməsi və təkrar emalı barədə məlumat alıblar - Press Reliz.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti
Bakı şəhəri Xəzər rayonu 26 nömrəli məktəbin şagirdləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələri ilə tanış olublar. Tullantıların çeşidlənməsi və təkrar emalı proseslərini yaxından izləyən məktəblilər Balaxanı Sənaye Parkında rezidentlərə təkrar emal üçün tullantılar təqdim ediblər - Press Reliz.
Bakı şəhəri Xəzər rayonu 26 nömrəli məktəbin şagirdləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar. Əvvəlcə şagirdlərə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun fəaliyyəti ilə bağlı məlumat verilib. Tullantıların çeşidlənməsi və təkrar emal müəssisələrinə göndərilməsi prosesini izlədikdən sonra məktəblilər Balaxanı Sənaye parkında olublar. Özləri ilə gətirdikləri təkrar emala yararlı tulllantıları burada fəaliyyət göstərən rezidentlərə təhvil veriblər. Şagirdlərə tullantıların düzgün idarə edilməsinə maraq göstərdiklərinə görə minnətdarlıq ifadə edilib və onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






