Süni zəka Hollivudu dəyişəcək? “Moonvalley” niyə investorların diqqət mərkəzindədir?
Los-Ancelesdə yerləşən “Moonvalley” startapı video yaradıcıları üçün süni zəka alətləri üzərində işləyir. Yeni “Marey” modeli və 43 milyon dollarlıq sərmayə sektorda maraq doğurub.

“Moonvalley” 43 milyon dollar topladı – yeni AI video modeli sektorda rəqabəti artırır
“TechCrunch”-ın xəbərinə görə, Los-Ancelesdə yerləşən “Moonvalley” süni zəka ilə video yaratmaq üçün nəzərdə tutulmuş yeni texnologiyası ilə investorların marağını cəlb edib və SEC sənədinə əsasən 43 milyon dollar investisiya toplayıb.
Şirkət təzəlikcə “Marey” adlı AI video modelini təqdim edib. Bu model Asteria adlı yeni animasiya studiyası ilə birlikdə hazırlanıb və yüksək səviyyəli kamera nəzarəti, hərəkət tənzimləmələri ilə 30 saniyəyə qədər HD kliplər yarada bilir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
“Moonvalley” müəllif hüquqları ilə bağlı riskləri azaltmaq üçün videoları lisenziyalı mənbələrdən alır və Adobe-nin istifadə etdiyi sistemə bənzər bir model tətbiq edir. Şirkət həmçinin istifadəçilərə öz məlumatlarını silmək imkanı və hüquqi müdafiə də təklif edir.
Hazırda generativ video bazarı Runway, Luma, OpenAI və “Google” kimi nəhənglərin diqqət mərkəzindədir. Lakin çoxsaylı oxşar modellər bazarda doymanı da artırır.
2024-cü ildə aparılan bir araşdırmaya görə, 2026-cı ilədək ABŞ-da 100 mindən çox film, televiziya və animasiya sahəsində çalışan şəxs süni zəkanın təsirinə məruz qala bilər. “Moonvalley” bu narahatlıqları nəzərə alaraq, etik və hüquqi çərçivələr daxilində fəaliyyət göstərməyə çalışır.
Bu xəbəri necə dəyərləndirirsiniz?






