Sosial şəbəkədə yazdıqlarınız sizə vizanı baha başa gələ bilərmi?
Tramp administrasiyası immiqrantların sosial media fəaliyyətini dərhal yoxlamağa başlayıb. Antisemitizm və siyasi mövqe artıq viza və yaşamaq hüququ üçün risk yaradır.

ABŞ Tramp dövründə immiqrantların sosial şəbəkələrini izləməyə başlayıb
“The Independent”-ə istinadən “Mediahub.az” xəbər verir ki, Donald Tramp administrasiyası ABŞ-a gəlmək və ya orada qalmaq istəyən immiqrantların sosial media hesablarını dərhal yoxlamağa başlayıb. Məqsəd – antisemit fəaliyyət izlərini aşkar etməkdir.
ABŞ İmmiqrasiya və Vətəndaşlıq Xidməti yeni təlimatda antisemitizmi, yəhudilərə qarşı fiziki təqibi və bu istiqamətdə onlayn paylaşımları "mənfi faktor" kimi qiymətləndirəcəyini bildirib. Bu, daimi yaşamaq icazəsinə müraciət edənləri, xarici tələbələri və universitetlərlə bağlı şəxsləri əhatə edəcək.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Trampın imzaladığı sərəncamlar Fələstinə dəstək aksiyalarını antisemitizm kimi təqdim etdiyinə görə tənqid olunur. Son həftələrdə yüzlərlə tələbənin vizası ləğv edilib, bəziləri deportasiya ilə üzləşib.
Dövlət Departamenti də analoji təlimat verərək ABŞ səfirliklərinə sosial şəbəkələrdə “ABŞ-a düşmən münasibət” əlamətlərini araşdırmağı tapşırıb. Martın 28-də dövlət katibi Marko Rubio 300-dən çox tələbə vizasının bu əsasla ləğv edildiyini açıqlayıb.
Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Trisia MakLaflin bildirib: “ABŞ terrorçulara rəğbət bəsləyənlərə sığınacaq yeri deyil.”
Ekspertlər deyir ki, yeni qaydalar Fələstin tərəfdarı olan tələbələr və immiqrantlar üçün ciddi risklər yaradır.
Bu xəbəri necə dəyərləndirirsiniz?






