Şimali Koreya hakerləri “LinkedIn” vasitəsilə hücuma keçdi – proqramçılar hədəfdədir!

Şimali Koreyaya bağlı “Slow Pisces” qrupu “LinkedIn” üzərindən saxta iş təklifləri ilə proqramçıları aldadaraq zərərli kodlar yayır. GitHub və PDF-lərə qarşı ehtiyatlı olun!

24.04.25 - 09:43
 0  4
Şimali Koreya hakerləri “LinkedIn” vasitəsilə hücuma keçdi – proqramçılar hədəfdədir!
“LinkedIn” vasitəsilə yayılan saxta iş təklifləri və kod tapşırıqları ilə bağlı təhlükə vizualı @techradar.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Şimali Koreya hakerləri “LinkedIn” vasitəsilə proqramçılara hücum edir – saxta kod tapşırıqlarına diqqət!

“TechRadar”-ın məlumatına görə, Şimali Koreyaya bağlı “Slow Pisces” haker qrupu kriptovalyuta sektorunda çalışan proqramçıları hədəf alıb.

Onlar “LinkedIn” üzərindən iş təklifləri göndərir, sonra isə GitHub-dakı saxta repozitoriyalar vasitəsilə zərərli Python və JavaScript kodlarını yayırlar. Bu kodlar RN Loader və RN Stealer kimi təhlükəli proqramlarla sistemlərə daxil olur.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Bu hücumlarla 2023-cü ildə 1 milyard dollardan çox kriptovalyuta oğurlanıb. Hədəfə alınan layihələr isə bir çox hallarda açıq mənbəli proqramlar kimi təqdim olunur.

Malware əsasən YAML fayllarından istifadə edərək görünmədən işləyir və sistemdəki SSH açarları, bulud konfiqurasiya faylları və giriş məlumatlarını oğurlayır. Əsasən macOS sistemləri hədəfə alınır.

GitHub və “LinkedIn” zərərli hesabları silib. Amma proqramçılara tövsiyə olunur: tanımadığınız kodları yalnız təhlükəsiz mühitdə çalışdırın, güclü antivirusdan istifadə edin və saxta iş təkliflərinə qarşı ehtiyatlı olun!

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.