Sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarına vergi güzəştləri verilib

Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorları torpaq və əmlak vergilərindən azad olunublar.

02.02.25 - 16:11
 0  6

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ (DVX)

Sənaye məhəllələrinin inkişafını dəstəkləmək məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində idarəedici təşkilatlar və operatorlar üçün yeni vergi güzəştləri tətbiq edilib.


Məlum olduğu kimi, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və sənaye sahələrinin inkişaf etdirilməsində mühüm istiqamətlərdən biri də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Vergi Məcəlləsinə son dəyişikliklərdə həmin məhəllələrin inkişafının dəstəklənməsi məqsədilə bir sıra stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə dövlət tərəfindən yaradılan sənaye məhəllələrinin ərazisində istifadə etdikləri torpaq sahələrinə və həmin ərazidə yerləşən əmlaklarına görə idarəedici təşkilatlar və operatorlar torpaq və əmlak vergilərindən azad olunublar. Bu güzəştlər sənaye parkları üzrə idarəedici təşkilatlara və operatorlara münasibətdə müəyyənləşdirilmiş stimullaşdırıcı tədbirlərlə eynilik təşkil edir.

Əmlak və torpaq vergiləri üzrə güzəştlər sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarının maliyyə dayanıqlılığına müsbət təsir göstərəcək.

Mənbə: https://www.taxes.gov.az/az/post/3852

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!