“Samsung” 2025-ci ilin sonunda DDR4 istehsalını dayandıracaq – səbəb nədir?

“Samsung” 2025-ci ilin sonuna qədər DDR4 yaddaş modullarının istehsalını tam dayandıracaq. Şirkət diqqətini DDR5, LPDDR5 və HBM texnologiyalarına yönəldir.

23.04.25 - 22:25
 0  4
“Samsung” 2025-ci ilin sonunda DDR4 istehsalını dayandıracaq – səbəb nədir?
“Samsung”un DDR yaddaş çiplərinə dair təsviri @ferra.ru

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

“Samsung” 2025-ci ilin sonunda DDR4 istehsalını dayandıracaq

“Ferra.ru”-nun məlumatına görə, “Samsung” 2025-ci ilin sonuna qədər DDR4 yaddaş modullarının istehsalını tam dayandıracaq və diqqətini DDR5, LPDDR5 və HBM texnologiyalarına yönəldəcək.

Şirkət iyun ayından etibarən DDR4 sifarişlərini qəbul etməyəcək və dekabrda 8 GB və 16 GB-lıq modulların tədarükünü dayandıracaq. Məqsəd – daha müasir və gəlirli texnologiyalara istehsal gücünü yönəltməkdir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Bu qərarın əsas səbəblərindən biri, Çin istehsalçıları – “CXMT” və “Fujian Jinhua” kimi şirkətlərin DDR4 bazarında qiymətləri 50%-ə qədər endirməsi olub. “Samsung” isə rəqabətə cavab olaraq diqqətini yüksək performanslı yaddaş həllərinə yönəldir.

Yeni prioritetlərə süni zəka sistemləri və qrafik prosessorlar üçün nəzərdə tutulmuş HBM yaddaşlar da daxildir. Bu keçid şirkətə texnoloji üstünlük və daha yüksək mənfəət gətirə bilər.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.