Mediahub.az-da reklam həlləri
Bakıda avtomobil kirayəsi və icarəsi
Bakıda avtomobil kirayəsi və icarəsi
Son nəqliyyat xəbərləri
Son nəqliyyat xəbərləri

Mediahub.az-da reklam həlləri

Şərtlər və Qaydalar

1. Ümumi Qaydalar və Şərtlər

Mediahub.az-ın Sayt və Xidmətlərindən istifadə etməzdən əvvəl bu şərtləri diqqətlə nəzərdən keçirin. Sayt və Xidmətlərdən hər hansı birini istifadə edərək, bu Şərtləri qəbul edirsiniz.

Mediahub.az xəbər və məqalə paylaşım platformasıdır. Platformadan istifadə etmək istəyən hər bir istifadəçi aşağıdakı qaydalar və şərtlərlə razı olmalıdır. Bu qaydalar Mediahub.az-ın keyfiyyətli məzmun təmin etməsi və platformanın təhlükəsiz işləməsi üçün yaradılmışdır.

İstifadəçilər yalnız açıq mənbələrdən götürülmüş və ya tərcümə edilmiş orijinal məzmun paylaşmalıdırlar. Mənbə göstərilmədikdə, məzmun daha ətraflı yoxlanılır və yalnız faktların doğruluğu təsdiq edildikdən sonra yayımlanır.

Platforma ilə əlaqəli fəaliyyətlər zamanı istifadəçilər qeydiyyat qaydalarına riayət etməli, məxfilik və təhlükəsizlik qaydalarına uyğun davranmalıdırlar. Mediahub.az qaydalara uyğun olmayan məzmunları dərc etməmək hüququna malikdir.

Biz bəzən bu Şərtləri dəyişə bilərik, buna görə də vaxtaşırı Şərtləri nəzərdən keçirməyiniz tövsiyə olunur. Şərtlərin ən aktual və son versiyası (qüvvəyə mindiyi tarixdən etibarən) Sayt və Xidmətlərdən istifadə zamanı təqdim olunacaqdır. Şərtlərdə dəyişiklik olunduqdan sonra Sayt və Xidmətlərdən istifadə etməyə davam etdiyiniz təqdirdə, bütün dəyişiklikləri qəbul etmiş olursunuz.

2. Qeydiyyat və Giriş Şərtləri

Mediahub.az platformasında iştirak etmək üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesində istifadəçilər yalnız real və düzgün məlumatlar təqdim etməlidirlər. Tam ad, soyad və digər şəxsi məlumatlar dəqiq göstərilməlidir. İstifadəçinin qeydiyyatı brend və ya şirkət adından olarsa, həmin hesab dərhal bağlanacaq və istifadəçi platformadan uzaqlaşdırılacaqdır.

İstifadəçilərin brend və ya şirkət adından qeydiyyat üçün adminlərdən icazə alması vacibdir. Bu icazə olmadan hər hansı bir brend və şirkət adı altında qeydiyyat qəbul olunmayacaq.

Qeydiyyat başa çatdıqdan sonra istifadəçilər öz hesablarına daxil olub, məzmun paylaşa bilər və platformanın imkanlarından faydalana bilərlər. Hər bir istifadəçi öz qeydiyyat məlumatlarının məxfiliyini qorumaq üçün məsuliyyət daşıyır və bu məlumatları başqa şəxslərlə bölüşməməlidir.

3. Məzmun Dərcetmə Qaydaları

Mediahub.az platforması copy-paste məzmunları qəbul edir, lakin məzmunun dərc olunması üçün mənbənin göstərilməsi vacibdir. Mənbə göstərildikdə, moderatorlar məzmunu daha sürətli yoxlaya bilərlər.

Tərcümə edilmiş xəbərlər və məqalələr üçün də mənbənin göstərilməsi tövsiyə olunur. Mənbə göstərildikdə, tərcümə məzmununun dəqiqliyi daha sürətli təsdiqlənir. Əgər mənbə göstərilmirsə, əlavə sistemlər vasitəsilə digər dillərdə mənbə axtarılır və tapıldıqdan sonra məzmun təsdiqlənir.

İstifadəçilərin orijinal məzmunları, dövlət və ya siyasətlə əlaqəli olmayan materiallar, daha sürətli yoxlama prosesindən keçir. Hər bir vizual məzmun (foto və ya video) üçün də mənbənin göstərilməsi məcburidir.

4. Məzmunun Yoxlanılması

Mediahub.az platformasında yayımlanacaq hər bir məzmunun doğruluğu və faktiki məlumatları yoxlanılır. Əgər məzmun orijinal deyilsə və ya tərcümə olunmuş məzmundursa, mənbə göstərilməsi vacibdir. Bu, moderatorlara yoxlama prosesini daha sürətli aparmağa imkan verir.

Mənbəsiz məzmunlar daha dərin yoxlamadan keçir. Xüsusi sistemlər vasitəsilə mənbələr digər dillərdə axtarılır və uyğun mənbə tapılarsa, məzmun təsdiqlənir və yayımlanır. Əgər məzmun tərcümə olunmuş mənbələrdən götürülübsə, tərcümənin doğruluğu da yoxlanılır.

Dövlət və siyasətlə əlaqədar olmayan xəbərlər daha qısa müddət ərzində yoxlanır və təsdiqlənir. Faktlar yoxlandıqdan sonra məzmun platformada dərc olunur.

5. Qazanc Sistemi və Ödənişlər

Mediahub.az-da qeydiyyatdan keçmiş istifadəçilər məzmun paylaşaraq qazanc əldə edə bilərlər. Bunun üçün, ümumi baxış sayı 10,000-ə çatdıqda, istifadəçi qazanc sisteminə qoşulmaq üçün administratorlara müraciət etməlidir. Əlaqə üçün: support@mediahub.email

İstifadəçi qazanc sisteminə qoşulduqdan sonra, hər 100,000 baxış üçün istifadəçiyə 25 AZN məbləğində ödəniş edilir. Minimum çıxarış məbləği 25 AZN-dir və istifadəçinin bank hesabına və ya kartına köçürülür.

Qazanc şərtləri, baxış sayı, ödəniş dərəcəsi və minimum ödəniş məbləği istənilən vaxt dəyişdirilə bilər. İstifadəçilər bu dəyişiklikləri qəbul edir və müraciətlər yalnız şərtlərə uyğun olaraq həyata keçirilir. Qeyd: 10,000 baxışa çatmamış qazanc aktivləşmir və istifadəçilərə ödəniş edilmir.

Platformada baxışların süni şəkildə artırılmasının qarşısını almaq üçün 3 qoruyucu mexanizm mövcuddur. Şübhəli fəaliyyətlər aşkarlandıqda, istifadəçinin hesabı bloklanır və araşdırma başa çatana qədər dondurulur.

6. Əqli Mülkiyyət və Lisenziya

Mediahub.az-da yayımlanan bütün məzmunlar müəllif hüquqları ilə qorunur və platformada yayımlanan materialların müəllifi həmin məzmunun əqli mülkiyyət hüququna malikdir. İstifadəçilər öz məzmunlarını yayımladıqda, həmin materiallar üçün müəllif hüququ saxlanılır.

İstifadəçilər Mediahub.az platformasında yayımladıqları məzmunların lisenziyasını qorumaq hüququna malikdirlər. Lakin məzmun yayımlanarkən, Mediahub.az həmin materialları ictimaiyyətə çatdırmaq və ya paylaşmaq hüququ əldə edir.

Platformada yayımlanan digər məzmunlar (məqalələr, şəkillər, videolar) yalnız mənbəsi göstərildikdə istifadə oluna bilər. Müəllif hüquqlarına hörmət etmək vacibdir və mənbə göstərilmədən hər hansı məzmunun istifadəsi qadağandır.

7. Məxfiliyin Təmin Edilməsi

Mediahub.az platforması istifadəçilərin şəxsi məlumatlarının qorunmasını prioritet kimi qəbul edir. Qeydiyyat zamanı təqdim olunan məlumatlar yalnız platformanın daxilində istifadə olunur və üçüncü tərəflərlə paylaşılmır.

Şəxsi məlumatların qorunması üçün bütün müasir təhlükəsizlik texnologiyalarından istifadə edilir. İstifadəçilərin məlumatları təhlükəsiz şəraitdə saxlanılır və yalnız platformanın icazəli işçiləri tərəfindən istifadə oluna bilər.

İstifadəçilər öz şəxsi məlumatlarını yeniləmək və ya silmək hüququna malikdirlər. Bu cür tələblər qısa müddətdə yerinə yetirilir və şəxsi məlumatlar platformadan silinir.

8. Hesabın Dayandırılması və Silinməsi

İstifadəçilər Mediahub.az platformasında qaydaları pozduqda və ya şübhəli fəaliyyətlər göstərdikdə, onların hesabları müvəqqəti dayandırıla bilər. Hesabın dayandırılması vəziyyət tam aydınlaşana qədər davam edəcəkdir. Hesabın daimi olaraq silinməsi platformanın siyasət və şərtlərinə əsasən baş verə bilər.

İstifadəçi öz istəyinə uyğun olaraq hesabını silmək hüququna malikdir. Bu halda, istifadəçi platformaya müraciət edərək hesabın silinməsini tələb edə bilər. Hesab silindikdən sonra, həmin istifadəçinin platformada mövcud olan bütün məlumatları və məzmunları silinir.

Platforma siyasətlərinə zidd hərəkətlər edən istifadəçilərin hesabları xəbərdarlıq olmadan silinə bilər.

9. Məsuliyyətin Məhdudlaşdırılması

Mediahub.az platformasında yayımlanan məzmunun doğruluğuna görə istifadəçilər məsuliyyət daşıyırlar. Platforma, təqdim edilən məlumatların düzgünlüyünə və etibarlılığına görə məsuliyyət daşımır.

Platforma bir ildən çox olan və ya aktual olmayan məzmunları istənilən vaxt silə bilər. Bu, istifadəçinin ümumi baxış sayına və qazanc balansına təsir göstərə bilər. İstifadəçilər bu şərti qəbul edirlər və silinmə hallarında platformaya etiraz edə bilməzlər.

Texniki problemlər, fəaliyyətin müvəqqəti dayandırılması və ya digər səbəblər nəticəsində yaranan ziyanlara görə platforma məsuliyyət daşımır. İstifadəçilər yayımlanan məzmunun hüquqi məsuliyyətini daşıyırlar.