Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin 35-ci ildönümündə şəhidlərin xatirəsini yad etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
Trend xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Qanlı 20 Yanvar faciəsindən 35 il keçir. Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi.
Düz 35 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.
Həmin vaxt Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.
Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.
Mənbə: Trend.az
Bu xəbəri necə dəyərləndirirsiniz?