Piylənmə xərçəng riskini artırır – alimlər 32 xəstəlik növü ilə əlaqə tapdı
Yeni araşdırmaya görə, piylənmə 13 sübut olunmuş və 19 potensial xərçəng növü ilə əlaqəlidir. Normal çəki saxlamaq bu xəstəliklərin qarşısını ala bilər.
Alimlər xəbərdarlıq edir: piylənmə 13 növ xərçənglə birbaşa əlaqəlidir
“Fakt.pl”-ə istinadən “Mediahub.az” xəbər verir ki, yeni araşdırmalar piylənmənin xərçəng riskini əhəmiyyətli dərəcədə artırdığını təsdiqləyib.
Alimlər artıq 13 növ xərçəngin piylənmə ilə birbaşa əlaqəli olduğunu, 19 növün isə potensial olaraq çəki artımı ilə bağlı ola biləcəyini açıqlayıb. Siyahıya süd vəzisi, yoğun bağırsaq, qaraciyər, mədəaltı vəzi, böyrək və digər həyati vacib orqanların xərçəngləri daxildir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Avropa Tədqiqatlar Assosiasiyasının (EASO) prezidenti professor Ceyson Halford deyir: “Bu nəticələr göstərir ki, piylənmə düşündüyümüzdən daha çox növ xərçəngin səbəbi ola bilər.”
Tədqiqatçılar hesab edir ki, xərçəng hallarının təxminən 40%-i artıq çəki ilə əlaqəlidir və onların böyük hissəsinin qarşısı düzgün çəki ilə alına bilər. Xüsusilə "pivə qarnı" tipli piylənmə ürək-damar və şəkərli diabet riskini də artırır.
Statistikaya görə, Polşada kişilərin 62%-i, qadınların isə 46%-i artıq çəki və ya piylənmədən əziyyət çəkir. Uşaqlar arasında da bu rəqəmlər ildən-ilə artır.
Sual ortaya çıxır: düzgün çəkini qorumaqla həyatımızı uzatmaq və xərçəng riskini azalda bilərikmi? Alimlərin cavabı eydındır – bəli!
Bu xəbəri necə dəyərləndirirsiniz?






