Piratlıqdan metaverse-ə: Napster süni intellektlə işləyən startap tərəfindən 207 milyon dollara alınıb
Musiqi piratlığının simvolu Napster, Infinite Reality tərəfindən 207 milyon dollara alınıb. Şirkət platformaya 3D konsertlər və sosial dinləmə funksiyaları gətirəcək.

Napster 207 Milyon Dollara Satıldı – Musiqi Metakainatı Başlayır!
Cointelegraph-ın məlumatına görə, süni zəka startapı Infinite Reality musiqi dünyasının əfsanəvi brendi Napster-i 207 milyon dollara alıb. Yeni plan – onu musiqiyə fokuslanan metaverse platformasına çevirməkdir.
Napster CEO-su Jon Vlassopulos bildirib ki, istifadəçilər virtual məkanda konsertlərə qatıla, sənətçilərlə görüşə və onların rəqəmsal məhsullarını ala biləcəklər. “İnternet indi immersiv dövrə keçir” – deyə o vurğulayıb.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Yeni platforma 3D sosial məkanlar, süni zəka əsaslı fan analitikası və e-idarəetmə funksiyaları ilə təchiz olunacaq. Musiqiçilər həm auditoriya ilə daha dərindən əlaqə qura, həm də daha çox gəlir əldə edə biləcəklər.
Napster 1999-cu ildə musiqi piratlığının öncülü kimi yaranmış, 2001-ci ildə bağlanmışdı. Son illərdə isə Web3 istiqamətində addımlar ataraq Mint Songs kimi layihələrə investisiya etmişdi.
Infinite Reality bildirir ki, bu alqı-satqı ilə Napster “dünyanın ən aparıcı immersiv musiqi platformasına” çevriləcək. Metaverse və musiqi bir araya gələndə nəticə nə olacaq? Gözləyək və görək.
Bu xəbəri necə dəyərləndirirsiniz?






