“PAŞA Bank” Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsorudur - Press Reliz

PAŞA Bank Bakıda keçirilmiş Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsoru qismində çıxış edib. Forumda maliyyə bazarları və innovativ maliyyə alətləri müzakirə olunub - Press Reliz.

14.03.25 - 21:46
14.03.25 - 21:52
 0  3
“PAŞA Bank” Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsorudur - Press Reliz
“PAŞA Bank” Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsorudur @pashabank.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

PASHA Bank

Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank 12 mart 2025-ci il tarixində Bakıda keçirilmiş Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsoru qismində çıxış edib. Tədbirdə maliyyə bazarlarının inkişafı, rəqəmsal transformasiya və KOS sektoruna dəstək kimi aktual mövzular müzakirə olunub - Press Reliz.


Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 12 mart 2025-ci il tarixində Bakıda keçirilmiş Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsoru qismində çıxış etmişdir. Tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu təmsilçiləri, kommersiya bankları və fintech şirkətlərinin nümayəndələrindən ibarət 150-dən çox şəxsin iştirakı ilə həyata keçirilib.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Forumda istiqraz və səhm bazarlarının inkişaf perspektivləri, regional və qlobal fond bazarlarına çıxış imkanları, innovativ maliyyə alətlərinin iqtisadiyyatda tətbiqi, dayanıqlı inkişafı təmin edən “yaşıl maliyyə” və milli Ekoloji, Sosial və İdarəetmə (ESİ) standartları kimi aktual mövzular müzakirə edilib. Tədbirdə kiçik və orta sahibkarlığa (KOS) dəstək mexanizmləri, “startup” seqmenti üzrə trendlər və çağırışlara dair geniş fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində keçirilən müzakirə panelində “PAŞA Bank”ın kreditləşmə, innovasiya və xidmətlərin optimizasiyası üzrə sahə lideri Ceyhun Baloğlanov iştirak etmişdir. O, bank sektorunda innovativ yanaşmalar, məlumat idarəetməsinin rolu, yeni texnologiyaların tətbiqi barədə fikirlərini bölüşərək, Bankın müştəri təcrübəsinin təkmilləşdirilməsinə və KOS müştəriləri üçün maliyyə əlçatanlığını artırmaq istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Milli Maliyyə Əlçatanlığı Forumu “Azərbaycan Milli Biznes Assosiasiyası” və “Caspian Energy Club” tərəfindən təşkil olunmuşdur.

Mənbə: https://www.pashabank.az/press_centre,2066/lang,az/

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!