PAŞA Bank 2025-ci ildə Azərbaycanın ən yaxşı bankı seçildi - Press Reliz

PAŞA Bank beynəlxalq International Investor nəşri tərəfindən Azərbaycanın ən yaxşı bankı nominasiyasına layiq görülüb - Press Reliz.

10.02.25 - 20:17
10.02.25 - 20:18
 0  18
PAŞA Bank 2025-ci ildə Azərbaycanın ən yaxşı bankı seçildi - Press Reliz
PAŞA Bank International Investor beynəlxalq nəşri tərəfindən 2025-ci ildə Azərbaycanın ən yaxşı bankı elan edilib @www.pashabank.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

PASHA Bank

“PAŞA Bank” beynəlxalq maliyyə nəşri “International Investor” tərəfindən 2025-ci ildə “Azərbaycanın ən yaxşı bankı” nominasiyasına layiq görülüb. Bank bu mükafata qeyri-neft sektorundakı uğurları və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına verdiyi töhfələrə görə layiq görülüb - Press Reliz.


Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, 2025-ci ildə beynəlxalq maliyyə nəşri “International Investor” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” nominasiyasında qalib elan olunub. Bank bu mükafata Azərbaycanın qeyri-neft sektorunda qazandığı uğurlara və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına verdiyi töhfələrə görə layiq görülüb. 

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

“International Investor” nəşrinin mükafat laureatlarına həsr olunmuş xüsusi buraxılışında "PAŞA Bank"ın son il ərzində nail olduğu əsas məqamlar barədə geniş məlumat təqdim edilib. Xüsusilə "yaşıl layihələrə" yönəlik investisiyalardakı artım, dayanaqlı biznes həllərinin həyata keçirilməsi, yerli və regional bazarlarda maliyyə mövqelərinin möhkəmləndirilməsi kimi nailiyyətlərdən ətraflı bəhs olunub.

Bu nüfuzlu mükafatın təqdim olunmasını şərh edən Bankın idarə heyətinin sədri Cavid Quliyev qeyd edib ki, "PAŞA Bank"ın bazarda təqdim etdiyi innovativ məhsullar, “yaşıl layihələrin” maliyyələşdirilməsi, sindikat kreditləşmə əqdi, COP29 zamanı həyata keçirdiyi layihələrin miqyası və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun dəstəklənməsi istiqamətində verdiyi töhfə xüsusi önəm daşıyır.

“Keçən il qeyri-neft sektorundakı biznes portfelimiz 3,015 milyard manatı ötüb, KOS portfelində isə öncəki illə müqayisədə 19 faiz artım qeydə alınıb. 2024-cü ilin sonuna cəmi aktivlərimiz 8,2 milyard manata, xalis mənfəətimiz 210,5 milyon manata çatıb. Bu nailiyyətlər beynəlxalq ekspertlərin diqqətindən yayınmır və bütün komandamızın əzmkarlığının və Azərbaycanın maliyyə sektorunda müsbət dəyişikliklər yaratmağa sadiqliyimizin göstəricisidir. Əminəm ki, "PAŞA Bank" bu ildə də real sektor müştərilərinə xidmət sahəsində daha geniş uğurlar qazanacaq və bununla da Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına daha böyük töhfələr verəcək,” - deyə Cavid Quliyev qeyd edib.

Xatırladaq ki, “PAŞA Bank” son illər ərzində yerli və xarici ekspert icmaları, o cümlədən “Euromoney”, “Global Finance” və digər maliyyə nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı”, “Azərbaycanın ən yaxşı özəl bankı” kimi nüfuzlu nominasiyalarda qalib elan olunub.

Mənbə: https://www.pashabank.az/press_centre,2057/lang,az/

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!