Pakistanın Baş naziri “ASAN xidmət”də - Press Reliz
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub və bu modeli İslamabadda tətbiq etmək niyyətində olduğunu bildirib - Press Reliz.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. O, bu modelin Pakistan üçün böyük əhəmiyyət kəsb etdiyini və İslamabadda “ASAN xidmət” təcrübəsi əsasında vahid xidmət mərkəzinin yaradılmasını planlaşdırdıqlarını bildirib - Press Reliz.
25 fevral 2025-ci il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Hazırda Azərbaycanın intellektual brendinin 20-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Qonaq Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Həmçinin o, yaxın müddətdə İslamabad şəhərində "ASAN xidmət" təcrübəsi əsasında vahid məkandan xidmətlər göstərən mərkəzin fəaliyyət göstərməsi arzusunda olduğunu və bununla bağlı tezliklə əməkdaşlıq sazişinin imzalanacağını vurğulayıb.
Həmçinin qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
Mənbə: https://asan.gov.az/media/press-releases/pakistanin-bas-naziri-asan-xidmet-de
Bu xəbəri necə dəyərləndirirsiniz?






