Özbəkistanın dövlət qulluqçuları ASAN xidmət təcrübəsini öyrənirlər - Press Reliz

Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin dövlət qulluqçuları üçün ASAN xidmət modelinə dair təlim keçirilib - Press Reliz.

03.02.25 - 20:50
03.02.25 - 20:51
 0  7
Özbəkistanın dövlət qulluqçuları ASAN xidmət təcrübəsini öyrənirlər - Press Reliz
Özbəkistanın dövlət qulluqçuları ASAN xidmət təcrübəsini öyrənirlər @vxsida.gov.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin dövlət qulluqçuları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” modelinə dair təlim keçirilib. Təlim dövlət xidmətlərinin innovativ idarə olunması və vətəndaş məmnunluğunun artırılması mövzularına həsr olunub - Press Reliz.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin dövlət qulluqçuları üçün təlim təşkil edilib. 

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Onlayn formada reallaşdırılan tədbir 2024-cü ilin 23 avqust tarixində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.

Təlim “ASAN xidmət” mərkəzlərində həyata keçirilən yeniliklərə, o cümlədən dövlət xidmətlərinin çatdırılması sahəsində tətbiq olunan innovativ həllərə həsr olunub. 

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətli idarəetmə sistemlərinin tətbiqi və vətəndaş məmnunluğunun artırılması sahəsində Azərbaycan təcrübəsinin Özbəkistan tərəfi ilə paylaşılmasıdır.

Dövlət Agentliyinin müvafiq şöbələri tərəfindən iştirakçılara xidmətlərin standartlaşması, bu istiqamətdə biznes proseslərin idarə olunması və data analitika kimi sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
 
Sonra Özbəkistan tərəfinin sualları cavablandırılıb.

Xatırladaq ki, 2019-cu ilin 4 oktyabr tarixində tərəflər arasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Mənbə: https://vxsida.gov.az/az/article/2344

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!