“Lexus” 2026-cı ildə iri elektrik SUV modeli “TZ”ni təqdim edəcək. Yeni model “Toyota bZ5X” platformasında qurulacaq və iki modifikasiyada təklif ediləcək.
“Tesla” Texasdakı zavodunda FSD Unsupervised sistemi ilə avtomobillərin insan müdaxiləsi olmadan 2 km məsafəni qət etməsinə başlayıb. Bu texnologiya gələcək robotaksi layihəsinin əsasını təşkil edir.
Yeni “Geely EX5” elektrik SUV modeli həm Euro NCAP, həm də ANCAP təhlükəsizlik testlərində 5 ulduz aldı. Bu nəticə markanın qlobal etibarını gücləndirir.
Avtomobil bazarında gözlənilən dəyişiklik: ekspertə görə, əgər "Hyundai", "Kia" və digər xarici brendlər Rusiyaya qayıtsa, Çin avtomobillərinin qiyməti 25%-dək enə bilər.
“Moskviç” AZLK brendini geri qaytarır. Loqo hüquqları 2033-cü ilə qədər uzadılıb, yeni avtomobillər və ehtiyat hissələri bu adla buraxılacaq.
“Hyundai” 2026-cı il üçün nəzərdə tutulan yeni “Palisade” modelini Nyu-York avtosalonunda təqdim edəcək. Üçsıralı SUV daha iri, texnoloji və güclü olacaq – təqdimat 16 apreldə canlı yayımlanacaq.
“Mazda” və “Changan” əməkdaşlığı ilə hazırlanan tamamilə elektrikli EZ-60 modelinin ilk rəsmi görüntüləri təqdim olunub. Avtomobil 23 aprel tarixində rəsmi olaraq tanıdılacaq.
“Subaru Outback” 7-ci nəsli 16 apreldə Nyu-York avtosalonunda təqdim olunacaq. Model daha bucaqlı dizayna sahib olacaq və hibrid güc ehtimalı yüksəkdir.
“Cadillac” 2025-ci ilin sonunadək XT6 modelinin istehsalını dayandıracaq. Varisi olmayacaq, alıcılar elektrikli Vistiq modelinə yönəldiləcək.
“KAMAZ” 2025-ci ildə K5 nəsil yük avtomobillərinin model sırasını genişləndirir. Yeni şassi və xüsusi təyinatlı texnikalar artıq hazırlanır – o cümlədən FHN üçün model.
2025-ci ilin ilk rübündə “Solaris” markası Rusiya bazarında satışını artıraraq top-10-a daxil olub. Zavoddan 8,7 min avtomobil çıxıb, 5,4 mini satılıb.
“Porsche” 2025-ci ilin ilk rübündə satdığı avtomobillərin 38,5%-nin elektrikli olduğunu açıqlayıb. “Macan EV” sürətli artımın əsas səbəbi sayılır.
“Xpeng” 496 detalı yeniləyərək 2025 model “X9” minivenini təqdim etdi. Yeni oturacaqlar, 740 km yürüş və süni zəka ilə idarəetmə – model artıq sifarişə açıqdır.
“Kia” ABŞ üçün yeni pikap modeli hazırlayır. CEO Ho Sunq Son bunu rəsmi olaraq təsdiqləyib. Model “Tasman” olmayacaq və 2026–2029 arasında təqdim oluna bilər.
“Toyota Corolla Cross” 2027-ci ildə yeni dizayn və texnologiyalarla təqdim olunacaq. Model elektromobil üslubuna yaxınlaşacaq, amma praktiklik və qənaətcillik qorunacaq.
“Audi” yeni nəsil “A6” sedanın ilk rəsmi görüntülərini təqdim edib. Aerodinamika, texnologiya və premium rahatlıq bu modelin əsas üstünlükləri olacaq.
“Skoda” mayda Hindistanda satışa çıxarılacaq yeni “Kodiaq 2025” modelini təqdim edib. İki versiya – “Sportline” və “Laurin & Klement” fərqli üslub və güclə gəlir.
“Avtovaz” rəsmən açıqladı: 2018-ci ildə təqdim olunan “Lada 4x4 Vision” konsepti seriyaya buraxılmayacaq. Şirkət gələcəyi üçün yeni istiqamət seçib – Lada T-134.
“Toyota” GR Corolla modelini yeniləyir. Avtomobil daha güclü olacaq və ilk dəfə olaraq avtomat sürətlər qutusu ilə təklif ediləcək. Rəsmi debüt 2025-ci ilin payızına planlaşdırılıb.
“Volkswagen” Cənubi Amerika bazarı üçün tamamilə yeni “Amarok” pikapını anons etdi. Yeni model 2027-ci ildə istehsala girəcək və dizaynı ilə fərqlənəcək.
Çin brendi “Tank” Rusiyaya güclü hibrid mühərrikli “Tank 700 Hi-Performance” modelini gətirməyə hazırlaşır. Yeni versiya elektrikdə 100 km yol qət edə bilir.
“Volkswagen” Çində Tharu, Tiguan L Pro və Teramont Pro modellərinə müddət və yürüş məhdudiyyəti olmadan ömürlük zəmanət təklif edir. Şərt – yalnız ilk alıcı və rəsmi servis.
“Kia” şirkəti Rusiyada Forte (Cerato) modelini və onun loqosunu 2034-cü ilə qədər qeydiyyata alıb. Bu addım brendin Rusiya bazarına qayıtması ehtimalını gücləndirir.
“Xiaomi SU7” avtopilot rejimində qəza törədib, nəticədə 3 nəfər həyatını itirib. Şirkət dərin təəssüfünü bildirib və məlumatları istintaqa təqdim edib. Səhmlər kəskin ucuzlaşıb.
“Toyota” Rusiyada “Prius”, “Supra” və digər modellər üçün 33 əmtəə nişanı qeydiyyata aldırıb. Ekspertlər bunu bazara dönüş siqnalı kimi deyil, ehtiyat addım kimi qiymətləndirirlər.