“Microsoft” yenidən dünyanın ən dəyərli şirkəti oldu – “Apple” 23% dəyər itirdi
“Apple” səhmlərinin 4 gün ərzində 23% ucuzlaşmasından sonra “Microsoft” 2,64 trilyon dollarla dünyanın ən bahalı şirkətinə çevrildi. Trampın Çin tarifləri bazara zərbə vurdu.

“Microsoft” yenidən ən bahalı şirkət oldu – “Apple” Trampın tarifləri ilə sarsıldı
“Ferra.ru”-ya istinadən “Mediahub.az” xəbər verir ki, “Apple” şirkətinin səhmləri cəmi 4 gün ərzində 23% ucuzlaşdıqdan sonra “Microsoft” bazar dəyəri üzrə yenidən lider olub. Hazırda “Microsoft”un kapitalizasiyası 2,64 trilyon dollar, “Apple”ın isə 2,59 trilyon dollar təşkil edir.
Bu enişin əsas səbəbi – ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflərdir. Xüsusilə Çində istehsal asılılığı olan “Apple” bu qərardan daha çox zərər görüb. UBS analitikləri bildirirlər ki, “iPhone 16 Pro Max” modelinin qiyməti ABŞ-da 350 dollar arta bilər.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Bazarın ümumi vəziyyəti də pisdir: Nasdaq indeksi eyni dövrdə 13% geriləyib. Yeni 34%-lik Çin tarifləri qiymət artımı və tələbatın azalması qorxusu yaradıb. Bu, texnologiya sektorunda panika yaradıb.
Əksinə, fiziki məhsullardan daha az asılı olan “Microsoft” nisbətən sabit qalıb və yeni vəziyyətdən faydalanaraq liderliyə yüksəlib. Qeyd edək ki, 2024-cü ilin əvvəlində də “Microsoft” bir müddət “Apple”ı keçmişdi.
Hazırda həm “Microsoft”, həm “Apple”, həm də “Nvidia” 3 trilyon dollarlıq pik göstəricidən geri düşüb. Tariflər bu üçlüyün rəqabət qaydalarını dəyişməyə başlayıb.
Bu xəbəri necə dəyərləndirirsiniz?






