“Meta” “Instagram” və “WhatsApp”ı satmalı olacaq? Məhkəmə bu həftə başlayır!
ABŞ-da “Meta”nın “Instagram” və “WhatsApp” alqı-satqısı ilə rəqabəti boğduğu iddiası məhkəməyə çıxarılıb. Mümkün nəticə – texnologiya tarixində ilk böyük parçalanma.

“Meta”nın parçalanması gündəmdə – “Instagram” və “WhatsApp” məhkəmə qərarı ilə satıla bilər
“The Independent”-ə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ-da “Meta”ya qarşı illərin antiinhisar işi bu həftə məhkəməyə çıxarılır. Söhbət “Instagram” və “WhatsApp”ın məcburi satışından gedir.
Federal Ticarət Komissiyası “Meta”nın bu platformaları alaraq rəqibləri sıradan çıxardığını iddia edir. Dəlillər arasında Mark Zukerberqin 2008-ci ildə yazdığı “Almaq rəqabətdən daha yaxşıdır” e-poçtu da var.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Əgər Komissiya qalib gəlsə, bu, böyük texnologiya şirkətləri arasında ilk ciddi parçalanma olacaq. Mark Zukerberq və Şeril Sandberqin məhkəmədə ifadə verəcəyi gözlənilir.
“Meta” isə müdafiədədir: “Bu platformalar TikTok, YouTube və iMessage ilə rəqabət aparır” – deyə şirkət sözçüsü bildirib. Onlar parçalanmanın istifadəçi məxfiliyinə zərər vuracağını iddia edirlər.
İşə Vaşinqtonda, hakim Ceyms Boasberqin rəhbərliyi ilə baxılacaq. O, əvvəllər işi rədd etmiş, amma sonradan iddianı davam etdirməyə razılıq vermişdi. Boasberq məsələ ilə bağlı sualların hüquqi əsaslara “sərhəddə qədər” uzandığını qeyd edib.
Bəs Trampla münasibət Zukerberqi xilas edə bilərmi? Baxmayaraq ki, “Meta” Trampla münasibətləri bərpa etməyə çalışır, rəsmilər iddianı geri çəkmək niyyətində deyillər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






