Kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində yeniliklər təqdim edilib - Press Reliz
Dövlət Vergi Xidməti kommersiya hüquqi şəxslərin qeydiyyatına dair yeni islahatları açıqlayıb, bu dəyişikliklər biznesin rəqəmsal qeydiyyatını asanlaşdırır - Press Reliz.

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ (DVX)
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində aparılan islahatları açıqlayıb. Yeni qaydalara əsasən, biznesin elektron qeydiyyatı daha da asanlaşdırılıb, yerli və xarici subyektlər üçün prosedurlar eyniləşdirilib - Press Reliz.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda yeniliklərə həsr edilmiş onlayn görüş keçirilib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə "Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar" mövzusunda təqdimatla çıxış edib. L.Hüseyn-zadə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən və DVX-nin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu tərəfindən biznesin qeydiyyatının daha da təkmilləşdirilməsi istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində müvafiq dəyişikliklər edildiyi bildirilib. Qanunvericiliyə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyatı tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Bu sahədə həyata keçirilmiş islahatlar çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imza tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Eyni zamanda, rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Bundan başqa, lisenziya və ya icazə tələb edilən fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanı yaradılıb.
Görüşdə bildirilib ki, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdirilir. Bununla əlaqədar Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi hazırlanıb.
Görüş iştirakçılarına bu sahədə gözlənilən rəqəmsal yeniliklər barədə də məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın yaradılması və kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanının yaradılması nəzərdə tutulur.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib və sualları cavablandırılıb.
Bu xəbəri necə dəyərləndirirsiniz?






