Kapital Bank-ın baş ofisi yeni ünvana köçdü - Press Reliz

Kapital Bank fəaliyyətini müasir infrastrukturla təchiz edilmiş yeni baş ofisində davam etdirir. Yeni ünvan: Neftçilər pr. 153, Port Baku Towers 2 - Press Reliz.

25.02.25 - 17:22
25.02.25 - 17:22
 0  7
Kapital Bank-ın baş ofisi yeni ünvana köçdü - Press Reliz
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda @www.kapitalbank.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Kapital Bank ASC

Kapital Bank rəsmi olaraq fəaliyyətini yeni baş ofisində davam etdirir. Müasir infrastrukturla təchiz olunmuş yeni bina bank əməkdaşlarının daha rahat və effektiv işləməsi üçün dizayn edilib. Yeni ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr. 153, Port Baku Towers 2 - Press Reliz.


25 fevral 2025-ci il tarixindən etibarən ölkənin birinci bankı Kapital Bank rəsmi olaraq fəaliyyətini müasir texnologiyalar və qabaqcıl infrastrukturla təchiz edilmiş yeni baş ofisində davam etdirir.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

“Kapital Bank” ASC-nin baş ofisi artıq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr.153-“Port Baku Towers 2” ünvanında yerləşir. Qeyd edək ki, bu barədə məlumatı ötən ilin sonlarında mətbuat nümayəndələri ilə keçirilən görüşdə bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov da bildirmişdi. Eyni zamanda, bu gündən etibarən bankın “28 May” filialı fəaliyyətini dayandırır və müştərilər eyni xidmətləri Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşən Mərkəz filialından ala bilərlər. Mərkəz filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.

Qeyd edək ki, yeni baş ofis bank əməkdaşlarının daha rahat, geniş imkanlarla təchiz olunmuş və innovativ iş şəraitində fəaliyyət göstərməsini, həmçinin daxili iş proseslərinin optimallaşdırılmasını təmin etmək məqsədilə dizayn edilmişdir. Hazırda bankda 5500-dən çox əməkdaş fəaliyyət göstərir və bu, bankın ölkənin əmək bazarına verdiyi müsbət töhfənin və ölkə iqtisadiyyatına qatdığı dəyərin də bariz nümunəsidir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Mənbə: https://www.kapitalbank.az/news/kapital-bank-bash-ofisi-yeni-unvanda

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!