İsveçrə ilə vergi sahəsində əməkdaşlıq gücləndirilir
Dövlət Vergi Xidməti və İsveçrənin Federal Vergi Administrasiyası arasında videoformatda keçirilən görüşdə beynəlxalq əməkdaşlıq və strateji imkanlar müzakirə edilib.
![İsveçrə ilə vergi sahəsində əməkdaşlıq gücləndirilir](https://www.taxes.gov.az/storage/articles/2u9TgIGI3HlMnnJiN7nTsprjgUYvHlGTzYRlHTbP.jpeg)
AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ (DVX)
Azərbaycan və İsveçrə arasında vergi sahəsində əməkdaşlıq və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveçrənin Federal Vergi Administrasiyasının baş direktoru Tamara Famatr ilə videoformatda görüş keçirib.
Son Xəbərlər
![Xiaomi 15 Ultra Qlobal Versiyası](https://www.ferra.ru/imgs/2025/01/23/02/6714352/2eda8a7032131807e6e0c0124704147ad245847b.png)
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!
![Samsung-un Üçqatlanan Telefonu](https://cdn.mos.cms.futurecdn.net/GzYb2pVtSyfNBStW5k3yCG.jpg)
Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.
![Realme GT 7](https://www.ixbt.com/img//x780/n1/news/2025/0/1/%D0%A1%D0%BD%D0%B8%D0%BC%D0%BE%D0%BA%20%D1%8D%D0%BA%D1%80%D0%B0%D0%BD%D0%B0%202025-01-20%20104650_large.png)
Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər həm IOTA çərçivəsində birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, həm də ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə IOTA-nın fəaliyyətinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Dövlət Vergi Xidmətinin Təşkilata rəhbərliyi müddətində həyata keçirilən işlər, strateji inkişaf planları və perspektivlər müzakirə edilib. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sisteminin inkişafı, iqtisadi təcrübələrin və investisiya mühitinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Görüşdə vergi inzibatçılığı sahəsində müştərək təşəbbüslərin artırılması üçün mövcud potensialdan istifadənin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Bu xəbəri necə dəyərləndirirsiniz?
![like](https://www.mediahub.az/assets/img/reactions/like.png)
![dislike](https://www.mediahub.az/assets/img/reactions/dislike.png)
![love](https://www.mediahub.az/assets/img/reactions/love.png)
![funny](https://www.mediahub.az/assets/img/reactions/funny.png)
![angry](https://www.mediahub.az/assets/img/reactions/angry.png)
![sad](https://www.mediahub.az/assets/img/reactions/sad.png)
![wow](https://www.mediahub.az/assets/img/reactions/wow.png)