İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsi ilə birgə fəaliyyətin perspektivləri müzakirə edilib

Azərbaycan və İrlandiya arasında vergi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və strateji imkanlar müzakirə edilib.

27.01.25 - 16:12
27.01.25 - 16:23
 0  6
İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsi ilə birgə fəaliyyətin perspektivləri müzakirə edilib
@www.taxes.gov.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Azərbaycanın Dövlət Vergi Xidməti ilə İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsi arasında videoformatda keçirilən görüşdə vergi sahəsində əməkdaşlıq və strateji imkanlar müzakirə olunub.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA prezidenti Orxan Nəzərli İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi ilə videoformatda görüş keçirib.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi əvvəlcə Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması ilə bağlı kədərləndiklərini bildirib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün strateji imkanlar, vergi sahəsində əlaqələrin təşviqi və beynəlxalq münasibətlərin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məsələlərinə toxunublar. İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tətbiq etdiyi həllər, vergi uyğunluğu, məlumat mübadiləsi, gəlir vergisinə yanaşma, rəqəmsal vergi mexanizmləri kimi təcrübələr barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın vergi xidməti tərəfindən tətbiq olunan yeniliklər və İnternet Vergi İdarəsinin imkanları diqqətə çatdırılıb. Qeyd edilib ki, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində xüsusi platforma yaradılıb və elektron ticarətlə məşğul olan qeyri-rezidentlərin uçota alınmasına başlanıb.

Görüşdə tərəfdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün iqtisadi faydaları vurğulanıb. Tərəflər vergi sistemində tətbiq edilən yeniliklərin biznes təcrübələrinin transformasiyasına və investisiya mühitinə töhfələri barədə fikirlərini bölüşüblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

Mənbə: https://www.taxes.gov.az/az/post/3850

Fayllar

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!