İnzibati şikayətlərin sayı 35,9% azalıb

2024-cü ildə Dövlət Vergi Xidmətinə daxil olan inzibati şikayətlərin sayı ötən illə müqayisədə 35,9% azalıb. Azalmanın əsas səbəbi vergi ödəyicilərinin maarifləndirilməsidir.

02.02.25 - 16:25
 0  6
İnzibati şikayətlərin sayı 35,9% azalıb
İnzibati şikayətlərin sayı azalıb @www.taxes.gov.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ (DVX)

Dövlət Vergi Xidmətinə daxil olan inzibati şikayətlərin sayında əhəmiyyətli azalma müşahidə olunub. Azalmanın əsas səbəbi vergi ödəyicilərinin qanunvericiliyin tələbləri barədə məlumatlandırılmasıdır.


2024-cü ildə Dövlət Vergi Xidmətinə inzibati şikayətlər üzrə ümumilikdə 9.687 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 35,9 faiz azdır. Mübahisələndirilən məsələlərlə bağlı daxil olan ilk müraciətlərin (faktiki müraciətlər) sayı 2023-cü ilə nisbətən 34,3 faiz azalaraq 7.153 təşkil edib. Faktiki müraciətlərin 94 faizdən çoxu kameral vergi yoxlamaları, qalanları isə səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti və digər kateqoriyalı şikayətlərlə bağlı olub.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Kameral vergi yoxlamaları üzrə daxil olmuş faktiki müraciətlərin böyük hissəsi məcburi sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta, mənfəət (gəlir) vergisi bəyannaməsində təsdiqini tapmayan xərclərə əsasən aparılan hesablamalar, təqdim olunan e-qaiməyə əsasən hesablamalar, mikrosahibkarlıq subyektlərinə verilmiş güzəştlər, bank hesabına daxil olmuş vəsaitə görə aparılan hesablamaları əhatə edib.

Daxil olan şikayətlərin sayında azalmanın başlıca səbəbləri kameral vergi yoxlamaları ilə aşkar edilən kənarlaşmalar üzrə hesablamaların dəqiqləşdirilməsi, eyni zamanda, vergi ödəyicilərinin qanunvericiliyin tələbləri ilə bağlı mütəmadi olaraq məlumatlandırılmasıdır.

Mənbə: https://www.taxes.gov.az/az/post/3858

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!