“İnsan alveri” ittihamı var, amma sübut yoxdur – Tramp administrasiyası tənqid altındadır
ABŞ rəsmiləri Kilmar Abregonu insan alverində ittiham edir, amma məhkəmədə bu iddia qaldırılmayıb. Ailə “siyasi manipulyasiya”dan danışır, vəkillər sübut tələb edir.

Tramp administrasiyası ittiham edir, sübut göstərmir – Kilmar Abrego işində qalmaqal
“The Independent”-ə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ administrasiyası Salvadordan olan Kilmar Abregonu insan alveri və MS-13 üzvlüyündə ittiham edir, amma bu iddiaları məhkəmədə sübut etməyib.
Abrego 2024-cü ilin martında “inzibati səhv” nəticəsində deportasiya olunub və hazırda El Salvadordakı CECOT həbsxanasında saxlanılır. Məmurlar isə onun “xüsusi təhlükəli şəxs” olduğunu bildirir. Amma nə məhkəmə, nə də hüquqi sənədlərdə bu ittihamlar təsdiqlənməyib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Ağ Evin sözçüsü Karolin Leavitt və Daxili Təhlükəsizlik rəsmiləri onu “MS-13 lideri” və “xarici terrorçu” adlandırıblar. Lakin vəkilləri bildirir ki, bu iddiaların heç biri rəsmi sənədlərdə yer almır və sübut təqdim olunmayıb.
Abregonun həyat yoldaşı Jennifer Vasquez Sura məhkəmə qarşısında etiraz edənlərə deyib: “Biz onu sadəcə ata və ailə başçısı kimi tanıyırıq. Onun hüquqları pozulub.”
Rəsmilərin əsas sübutu, 2019-cu ildə onun “Home Depot” qarşısında saxlanılması zamanı yazılan və artıq işdən çıxarılan polis zabitinin hesabatına əsaslanır. Lakin məhkəmə həmin sənədlərin bir-biri ilə ziddiyyət təşkil etdiyini qeyd edib.
Abregonun vəkili bildirib ki, onu sadəcə “Chicago Bulls” papağı və “hoodie” geyindiyinə görə MS-13 üzvü kimi təqdim ediblər. O vaxtdan bəri o, deportasiyanın qarşısını almaq üçün məhkəməyə müraciət edib və humanitar əsaslarla ölkədə qalmasına icazə verilib.
Tramp administrasiyası isə indi onu “terrorçu” adlandıraraq geri qaytarmaqdan imtina edir. Hüquq müdafiəçiləri bu yanaşmanı “siyasi manipulyasiya” adlandırır.
Bu xəbəri necə dəyərləndirirsiniz?






