İndianada dəhşətli ailə dramı – oğul atasını güllələyib, sonra özü polisə zəng vurub
İndianada 22 yaşlı Kameron MakMaken atası ilə mübahisə zamanı onu güllələyib. O, 911-ə özü zəng edərək cinayəti etiraf edib. Polis onu hadisə yerində saxlayıb.

İndianada oğul atasını güllələyib və cinayətini özü polisə bildirib
“The Independent”-ə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ-ın İndiana ştatında 22 yaşlı Kameron MakMaken (Kameron McMaken) atasını güllələyib və dərhal 911-ə zəng edərək cinayətini etiraf edib.
Hadisə cümə günü saat 20:30 radələrində, Lourens qraflığında baş verib. Hadisə yerinə gələn polis əməkdaşları 47 yaşlı Çad MakMakenin (Chad McMaken) güllə yarasından öldüyünü müəyyən edib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Ata və oğul arasında nə baş verdiyi hələlik açıqlanmayıb. Ancaq istintaq Kameronun mübahisə zamanı silaha əl atdığını və atəş açdığını təsdiqləyib.
Polis onu hadisə yerində müqavimətsiz saxlayıb. Cinayətdə istifadə olunan silah da evdə tapılıb. Kameron MakMaken barəsində qətl ittihamı irəli sürülüb və şənbə günü həbsxanaya göndərilib.
Onun məhkəməyə çıxarılıb-çıxarılmadığı və ya girovla azadlığa buraxılıb-buraxılmayacağı hələlik bəlli deyil.
Bu xəbəri necə dəyərləndirirsiniz?






