Harvard yaxınlığında atışma – tələbələr təxliyə edildi, metro bağlandı
Harvard Universiteti yaxınlığında metro platformasında silahlı atışma olub. Polis hadisəni araşdırır, tələbələrə olduqları yerdə qalmaları əmri verilib. Xəsarət alan yoxdur.

Harvard yaxınlığında metroda atışma – tələbələrə olduqları yerdə qalmaları əmri verildi
“The Independent”-in məlumatına görə, Bostonda yerləşən Harvard Universiteti yaxınlığında metro platformasında atışma baş verib. Hadisədən sonra tələbələrə “shelter-in-place” – yəni binada qalmaq – əmri verilib.
İlkin araşdırmaya görə, bir nəfər silahdan 4–5 dəfə atəş açaraq müəyyən “hədəfə” yönəlib və sonra hadisə yerindən qaçıb. Xoşbəxtlikdən, yaralanan olmayıb.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Nəticədə “Harvard Square” stansiyası və ətrafı təhlükəsizlik qüvvələri tərəfindən axtarışa alınıb, metro qismən bağlanıb.
MBTA (Massachusetts Bay Transit Authority) sərnişinlər üçün alternativ kimi marşrut avtobusları təyin edib və gecikmələr barədə xəbərdarlıq edib.
Universitetin veb saytında paylaşılmış xəbərdarlıq mesajı isə günün ikinci yarısında silinib. Hadisə şəhərdə narahatlıq yaradıb, polis isə şübhəlini axtarmağa davam edir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






