Hakerlər sosial media ulduzlarını hədəf alır – milyonlarla izləyici risk altındadır
Hakerlər məşhur YouTube, TikTok və Instagram istifadəçilərini ələ keçirərək izləyicilərə zərərli proqramlar və fırıldaqçı linklər göndərirlər. Bitdefender xəbərdarlıq edir.

Hakerlər sosial media ulduzlarını hədəfə alır – milyonlarla izləyici risk altındadır
“TechRadar”-a istinadən “Mediahub.az” xəbər verir ki, kibercinayətkarlar sosial media influencerlərini və kontent yaradıcılarını hədəf alaraq onların izləyicilərini zərərli proqramlar, kripto fırıldaqları və məlumat oğurluğu ilə hədəfləyirlər.
“Bitdefender” tərəfindən yayımlanan hesabatda deyilir ki, bu trend 2024-cü ildə geniş yayılıb və 2025-də də davam edir. Hücumlar adətən saxta sponsorluqlar, süni zəka əsaslı montaj proqramları və ya klassik phishing üsulları ilə həyata keçirilir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Əgər influencer bu tələyə düşərsə və zərərli faylı yükləyərsə, hakerlər onun YouTube, TikTok, Instagram və digər hesablarının idarəsinə keçirlər. Sonra isə bu platformalardan istifadə edərək izləyiciləri aldatmağa çalışırlar.
Təkcə YouTube platformasında 9000-dən çox zərərli canlı yayım qeydə alınıb. Bu yayım kanalları tez-tez Donald Tramp, Elon Musk, Brad Garlinghouse kimi məşhurların adından sui-istifadə etməklə izləyiciləri aldadır.
Bəzi hallarda, ələ keçirilmiş kanalların milyonlarla izləyicisi və milyardlarla baxışı olub. Tək bir YouTube kanalı 28 milyon izləyici, digər isə ümumilikdə 12 milyard baxış toplayıb.
Bitdefender xəbərdarlıq edir ki, izləyicilərin cəmi 1%-i aldadılarsa belə, bu 124 milyon potensial qurban deməkdir. Hakerlər bu yolla istifadəçilərin hesab məlumatlarını, kriptovalyuta və şəxsi məlumatlarını ələ keçirirlər.
Ekspertlər həm kontent yaradıcılarını, həm də izləyiciləri daha ayıq-sayıq olmağa çağırır. Sevdiyiniz influencerlərdən gələn hər kontentə inanmaq artıq risklidir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






