Google süni zəka ilə delfinlərin dilini anlamağa çalışır – “DolphinGemma” layihəsi
Google “DolphinGemma” adlı süni zəka modeli ilə delfinlərin səslərini analiz edir. Məqsəd – bu heyvanların öz aralarında necə ünsiyyət qurduğunu başa düşmək.

Google süni zəka ilə delfinlərin nə dediyini anlamağa çalışır
AndroidCentral yazır ki, Google yeni layihəsi “DolphinGemma” ilə delfin səslərini deşifrə etməyə çalışır. Məqsəd – bu ağıllı canlıların bir-biri ilə necə ünsiyyət qurduğunu başa düşməkdir.
Layihə “Georgia Tech” universiteti və “Wild Dolphin Project” (WDP) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Tədqiqatçılar uzun illərdir Atlantik dənizində yaşayan vəhşi delfinlərin səslərini toplayır. Bu səslər indi süni zəka modelinə ötürülür və AI onların içindəki nümunələri müəyyənləşdirməyə çalışır.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Məsələn, “whistle (fit)” adlanan səslər adətən analarla balaları arasında əlaqə üçün istifadə olunur, “squawk (cığıltı)” isə mübahisələr zamanı eşidilir. “DolphinGemma” bu kimi səslər arasındakı ardıcıllıqları təhlil edir və hətta növbəti səslərin proqnozunu verməyə çalışır.
Google bildirir ki, bu model sayəsində alimlər insan müdaxiləsinə ehtiyac duymadan daha tez və dəqiq nəticələr əldə edə bilirlər. Layihə delfinlərin dilini anlamağa atılmış ən irəli addımlardan biri hesab olunur.
Bu xəbəri necə dəyərləndirirsiniz?






