Google AI məktəblərə gəlir – 5 yeni təşəbbüslə şagirdlər və müəllimlər üçün dönüş nöqtəsi
Google AI savadlılığı günü çərçivəsində şagirdlər, müəllimlər və valideynlər üçün 5 yeni təşəbbüs təqdim edib. Təhlükəsizlik, təlim, nəzarət və süni zəka bacarıqları gündəmdədir.

Google süni intellektlə ilə məktəblərdə və evdə öyrənməni dəyişir – 5 əsas yenilik
Google Blog-a istinadən Mediahub.az xəbər verir ki, Süni Zəka Savadlılığı Günü münasibətilə Google şagirdlər, müəllimlər və valideynlər üçün 5 yeni təşəbbüs təqdim edib. Məqsəd – süni intellektin təhlükəsiz və faydalı istifadəsini təmin etməkdir.
1. Müəllimlər üçün süni zəka kursları: K12 və ali təhsil üçün yeni təlimlər artıq istifadəyə verilib. Kurslar Google AI alətlərindən istifadəni və dərslərin daha effektiv qurulmasını öyrədir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
2. Şagirdlər və ailələr üçün resurslar: Gemini ilə məsuliyyətli istifadəni öyrədən dərslik və ailələr üçün yeni söhbət bələdçisi istifadəyə verilib. “Be Internet Awesome” və “Online Safety Roadshow” kimi layihələrə əlavə olaraq bu resurslar da təqdim olunur.
3. Gemini uşaqlar üçün genişlənir: Yaxın aylarda Gemini azyaşlı istifadəçilər üçün də əlçatan olacaq. Valideynlər Family Link tətbiqi ilə nəzarət edə biləcək, məktəb hesabları isə admin paneldən idarə olunacaq.
4. Süni zəka ilə yaradılmış məzmunu tanımaq: YouTube izləyiciləri üçün yaradılan video, süni zəka ilə redaktə olunmuş videoları tanımaq və düzgün qiymətləndirmək üçün bələdçi rolunu oynayır.
5. Təhsil üçün maliyyə dəstəyi: Google.org MIT RAISE layihəsinə $1 milyon ayırıb. Ümumi süni zəka savadlılığı fondu artıq $40 milyon həddini keçib və 13 milyondan çox şagirdə çatıb.
Google-un bu təşəbbüsləri süni intellektin gələcəyinə uşaqları və gəncləri hazırlamağa yönəlib – həm məktəbdə, həm də evdə.
Bu xəbəri necə dəyərləndirirsiniz?






