“Gazprom Media” platformaları birləşdirir – “Yappy” artıq “Rutube Shorts” adlanacaq
“Gazprom Media” öz video platformalarını “Rutube” brendi altında birləşdirir. “Yappy” – “Rutube Shorts”, “Premier” isə – “Rutube Premier” adlanacaq.

“Yappy” və “Premier” birləşir – “Gazprom Media” bütün rəqəmsal platformalarını “Rutube” altında toplayır
“iXBT.com”-a istinadən “Mediahub.az” xəbər verir ki, “Gazprom Media” öz rəqəmsal platformalarını “Rutube” brendi altında birləşdirməyi planlaşdırır.
Holdinqin baş direktor müavini Sergey Kosinski bildirib ki, bu birləşmə “Premier” onlayn kinoteatrını və vertikal video servisi “Yappy”ni əhatə edəcək. Yeni adlar artıq müəyyən olunub: “Yappy” – “Rutube Shorts”, “Premier” isə “Rutube Premier” adlanacaq.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Prosesin ilin sonuna qədər başlanması nəzərdə tutulur. Məqsəd – istifadəçilər üçün “mümkün qədər qüsursuz”, yəni problemsiz keçid və məzmun axını təmin etməkdir.
Qeyd edək ki, artıq ötən ildən etibarən bu platformalar üçün vahid abunəlik sistemi tətbiq olunub. Birləşmənin nəticəsində müxtəlif format və janrlarda məzmun vahid məkanda istifadəçilərə təqdim olunacaq.
Bu xəbəri necə dəyərləndirirsiniz?






