Elon Musk və Sikorski arasındakı gərginlik artır – ABŞ-dan reaksiya
Elon Musk Polşanın XİN rəhbəri Sikorskinin ünvanına sərt ifadələr işlədib. Respublikaçı konqresmenlər isə Muskın davranışını tənqid edərək onu intizamlı olmağa çağırıblar.
Musk niyə Polşanın XİN rəhbərini hədəfə alıb? Respublikaçılardan tənqid
TVN24-ə istinadən Mediahub.az xəbər verir ki, Elon Musk Polşanın xarici işlər naziri Radoslav Sikorski barədə sərt açıqlamalar verib, onu "Sorosun marionetkası" adlandırıb.
Milyarderin bu açıqlamalarına ABŞ Konqresindən reaksiya gəlib. Respublikaçı Don Bacon CNN-ə verdiyi müsahibədə Muskın sözlərini tənqid edərək, Ağ Evdə daha çox intizama ehtiyac olduğunu bildirib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Elon Musk sosial şəbəkədə Polşa XİN rəhbəri barədə sərt ifadələr işlədib. O, bazar ertəsi bir istifadəçinin paylaşımına cavab olaraq Sikorskinin "Sorosun təsiri altında" olduğunu bildirib.
Respublikaçı konqresmen Don Bacon bu açıqlamaları tənqid edərək, Polşanın ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olduğunu xatırladıb və Muskı daha məsuliyyətli olmağa çağırıb:
"Polşa bizim dostumuzdur. Əgər onlarla problemin varsa, zəng et və danış. Amma dünya Çin, Rusiya və İran kimi real təhlükələrlə üzləşdiyi bir vaxtda müttəfiqlərimizi açıq şəkildə tənqid etmək düzgün deyil."
Musk və Sikorski arasında gərginlik Starlink peyk internet sisteminə görə yaranıb. Musk iddia edib ki, "Ukraynalılar Starlink olmadan cəbhədə tab gətirə bilməzlər", Sikorski isə əgər SpaceX etibarsız tərəfdaş olarsa, başqa alternativlər tapacaqlarını söyləyib.
Musk buna cavab olaraq Sikorskinin "kiçik adam" olduğunu bildirib və Polşanın Starlink xərclərinin "çox kiçik bir hissəsini" ödədiyini vurğulayıb.
Bundan əlavə, ABŞ senatoru Marco Rubio da mübahisəyə qoşularaq Sikorskini "yalan danışmaqda" günahlandırıb və Polşanın Starlink sayəsində Ukraynanın məğlubiyyətdən qurtulduğunu bildirib.
Mübahisələr davam edərkən, bir çox ekspertlər Muskın siyasətə daha çox müdaxilə etməsindən narahat olduqlarını bildirirlər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






