Çin kvant kompüterində süni zəka modelini təkmilləşdirdi – dünya rekordu

Çinin “Origin Quantum” şirkəti süni zəka modelini kvant kompüterində uğurla təkmilləşdirib. Bu texnologiya gələcək hesablama gücünü dəyişə bilər.

09.04.25 - 21:15
 0  4
Çin kvant kompüterində süni zəka modelini təkmilləşdirdi – dünya rekordu
“Origin Wukong” kvant kompüterindən görüntü @cgtn.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Çində süni zəka kvant kompüterdə təkmilləşdirildi – dünya miqyasında ilk uğur

“CGTN”-ə istinadən “Mediahub.az” xəbər verir ki, Çində yerləşən “Origin Quantum” startapı süni zəka modelini kvant kompüterdə uğurla təkmilləşdirib. Bu, dünya üzrə ilk real tətbiq nümunəsi kimi qiymətləndirilir.

Şirkət 1 milyard parametrli süni zəka modelini ölkədə müstəqil şəkildə hazırlanmış üçüncü nəsil “Origin Wukong” kvant kompüterində “fine-tuning” edib. Bu texnika modelin spesifik sahələrə – məsələn, tibbi diaqnostika və ya maliyyə risk analizi üçün uyğunlaşdırılmasını nəzərdə tutur.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Hefeydəki Milli Elmi Mərkəzdən alim Çen Çjoyun bildirib ki, bu nailiyyət kvant texnologiyalarının real süni zəka proseslərində istifadə oluna biləcəyini sübut edir. Eksperiment zamanı parametrlərin 76% azaldılması ilə 8.4% performans artımı qeydə alınıb.

“Origin Wukong” 72 qubitlik proqramlaşdırıla bilən superkeçirici kvant kompüteridir. Qurğu indiyədək 139 ölkədən 23 milyondan çox istifadəçiyə kvant hesablama xidmətləri göstərib və 350 minə yaxın tapşırıq icra edib.

Mütəxəssislər hesab edir ki, bu irəliləyiş gələcəkdə hesablama gücünün çatışmazlığı problemini aradan qaldıra və daha yüngül modellərlə effektiv AI həlləri təklif edə bilər.

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Anar Mirzəyev Bu, mənim sevdiyim işdir və bu işdən zövq alıram. Xəbər və məqalələr yaratmaq, onları araşdırıb təqdim etmək mənim üçün çox maraqlıdır. Oxucularla dəyərli və maraqlı məlumatları paylaşmaqdan böyük məmnunluq duyuram.