“Chrome” satışa çıxarılsa, “OpenAI” alacaqmı? Məhkəmədə sürpriz açıqlama
Məhkəmə “Google”u “Chrome”u satmağa məcbur edə bilər. “OpenAI” artıq alıcı kimi maraq göstərib. Bu, texnologiya bazarında nələri dəyişəcək?

“OpenAI” “Chrome”u almaq istəyir – “Google” məhkəmədə təzyiqlərlə üz-üzə
“Entrepreneur”-ə istinadən xəbər verilir ki, “ChatGPT” məhsul rəhbəri Nik Törli məhkəmədə “Google Chrome”un satışına maraq göstərdiklərini təsdiqləyib.
“Bəli, biz də alardıq, digər şirkətlər kimi” – deyə o bildirib. Onun sözlərinə görə, “Chrome” və “ChatGPT” birləşməsi süni zəka əsaslı “inanılmaz təcrübə” yaradardı.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
“Google Chrome” hazırda dünya brauzer bazarının 67%-nə sahibdir. İkinci yerdə “Safari” (18%), sonra “Microsoft Edge” (5.2%) və “Firefox” (2.54%) gəlir.
Xatırladaq ki, 2024-cü ilin avqustunda məhkəmə “Google”un axtarış bazarında qeyri-qanuni monopolist kimi fəaliyyət göstərdiyini müəyyən etmişdi. İndi ABŞ Ədliyyə Nazirliyi “Alphabet”in “Chrome”u satmasını tələb edir.
“Google” bu qərarın bəzi hissələrinə etiraz etsə də, hakim yayda yekun qərar verəcək: brauzer satılacaq, yoxsa rəqiblərə lisenziya veriləcək?
Bu, 1980-ci illərdəki “AT&T” bölünməsindən sonra texnologiya dünyasında ən böyük dəyişiklik ola bilər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






