Cənubi Koreyada prezidentliyə namizəd kripto tənzimləmələrini ləğv etmək istəyir
Cənubi Koreyada prezidentliyə namizəd Hon Cun-pyo kriptovalyuta tənzimləmələrini ləğv edəcəyini vəd edib. O, blokçeyn texnologiyasını iqtisadi strategiyanın əsas hissəsi kimi təqdim edir.

Cənubi Koreyada prezidentliyə namizəd kriptovalyuta tənzimləmələrini ləğv edəcəyini vəd edir
“Crypto.news”-ə istinadən “Mediahub.az” xəbər verir ki, Cənubi Koreyada prezidentliyə namizəd Hon Cun-pyo (Hong Joon-pyo) ölkədə kripto bazarına dair tənzimləmələrin ləğvini vəd edib.
Namizəd bildirib ki, bu sahədə “Trump administrasiyası dövründəki qədər” deregulyasiya ediləcək və blokçeyn texnologiyası ilə virtual aktivlər vahid sənaye kimi dəstəklənəcək. Bu sözləri o, aprelin 16-da Seulda keçirdiyi iqtisadi və texnoloji mövzulu tədbirdə deyib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Hon Cun-pyo hazırda hakim “People Power Party” daxilində keçirilən praymerizdə iştirak edir. Onun proqramında süni zəka, kvant texnologiyaları və superkeçiricilər də prioritet sahələr kimi qeyd olunub.
Bu mövqe onu digər namizədlərdən fərqləndirir. O, deregulyasiyanı milli iqtisadi strategiyanın bir hissəsi kimi təqdim edir və öz çıxışında qeyd edib ki, kriptovalyuta sahəsi özəl sektorun inkişafı üçün açar rola malikdir.
Xatırladaq ki, seçkilər 2027-ci ilə planlaşdırılsa da, prezident Yun Sok Yolin impiçmentindən sonra bu il iyunun 3-nə keçirilib.
Cənubi Koreya hökuməti də blokçeyn texnologiyasına maraq göstərir – ölkənin 800 milyard dollardan çox aktiv idarə edən Milli Pensiya Fondu artıq blokçeyndən şəffaflıq üçün istifadə imkanlarını araşdırır.
Bu xəbəri necə dəyərləndirirsiniz?






