“Cadillac” XT6 istehsalını dayandırır – modelin varisi olmayacaq
“Cadillac” 2025-ci ilin sonunadək XT6 modelinin istehsalını dayandıracaq. Varisi olmayacaq, alıcılar elektrikli Vistiq modelinə yönəldiləcək.

“Cadillac” XT6 modelinin istehsalını dayandırır – varis olmayacaq
“Kolesa.ru”-ya istinadən “Mediahub.az” xəbər verir ki, “Cadillac” bu ilin sonunadək XT6 modelini istehsaldan çıxaracaq. Modelin varisi planlaşdırılmır, şirkət diqqətini tamamilə elektromobillərə yönəldir.
XT6 ilk dəfə 2019-cu ildə təqdim olunmuşdu və 3-cərgəli, orta ölçülü krossover idi. 5042 mm uzunluğa və 2863 mm təkər bazasına malik model ABŞ və Çində yığılırdı. ABŞ versiyası 2.0 turbo (238 a.g.) və 3.6 V6 (314 a.g.) benzin mühərrikləri ilə təklif olunurdu, sürət qutusu isə 9-pilləli avtomat idi.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Modelin əsasında C1XX platforması durur – bu isə elektromobillərə uyğun deyil. Bu səbəbdən XT6 elektromobilə çevrilmədən istehsaldan çıxarılır. XT6-nın alıcıları gələcəkdə yeni elektrikli model “Cadillac Vistiq”a yönləndirilə bilər.
Şirkətin Sankt-Hill (Tennessi) zavodunda 2023-cü ildə 20 225 ədəd XT6 satılıb. Bu ilin ilk rübündə isə 4778 ədəd avtomobil realizə olunub. Amma bu göstəricilər belə modelin gəlirliyini təmin etməyib.
Çində modelə maraq azalsa da, orada istehsal davam edir. Lakin “General Motors” Çin bazarındakı fəaliyyətini yenidən strukturlaşdırmaq niyyətindədir. Ticarət müharibəsi və satışların düşməsi səbəbindən Çin artıq “Cadillac” üçün əsas bazar sayılmır – liderlik ABŞ-a keçib.
XT6 ilə eyni platformada qurulan XT5 modeli isə hələlik 2026-cı ilə qədər istehsalda qalacaq. Amma onun da gələcəyi hələ qeyri-müəyyəndir.
Bu xəbəri necə dəyərləndirirsiniz?






