Beynəlxalq nümayəndə heyətləri ASAN xidmətdə - Press Reliz

Qırğızıstan və Türk Dünyası nümayəndə heyətləri ASAN xidmət mərkəzinin fəaliyyəti ilə tanış olublar - Press Reliz.

03.02.25 - 20:55
03.02.25 - 20:56
 0  6
Beynəlxalq nümayəndə heyətləri ASAN xidmətdə - Press Reliz
Beynəlxalq nümayəndə heyətləri ASAN xidmətdə @vxsida.gov.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, maliyyə nazirinin müavini Ruslan Tatikov və Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini Jandildə Jakupovun rəhbərlik etdiyi nümayəndə heyətləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar. Görüş zamanı beynəlxalq əməkdaşlıq və rəqəmsal dövlət xidmətlərinin inkişafı məsələləri müzakirə edilib - Press Reliz.


Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, maliyyə nazirinin müavini Ruslan Tatikov, həmçinin Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini Jandildə Jakupovun rəhbərlik etdiyi nümayəndə heyətləri ölkəmizə rəsmi səfərləri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Ruslan Tatikov ilə  görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Həmçinin 2024-cü ilin 24 aprel tarixində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Nümayəndə heyətlərinə Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu bildirilib.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öyrənilməsində və tətbiqində maraqlı olduqlarını vurğulayıblar.

Görüş çərçivəsində nümayəndə heyətləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Mənbə: https://vxsida.gov.az/az/article/2346

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!