Beyin yaddaşı necə işləyir? Yeni araşdırmanın nəticələri
Alimlər yaddaşın necə işlədiyini araşdırdı. Beyin məlumatları necə kodlaşdırır və tanıyır? Yeni tədqiqatın detalları burada!

Alimlər beynin yaddaşı necə saxladığını və tanıdığını açıqladı
Ferra.ru-ya istinadən Mediahub.az xəbər saytı məlumat verir ki, alimlər yaddaşın beyində necə saxlanıldığını və tanındığını daha dərindən araşdırıblar. Yeni tədqiqat elektroensefaloqrafiya (EEG) vasitəsilə yaddaş proseslərini neyron səviyyəsində analiz edib.
Araşdırma zamanı epilepsiya xəstəsi olan uşaqlar, yeniyetmələr və gənclər üzərində testlər aparılıb. Onlara müxtəlif vizual səhnələr göstərilib və müəyyən müddət sonra həmin görüntüləri digər şəkillər arasından seçmələri istənilib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Nəticələr göstərib ki, yaddaş iki əsas mexanizmdən asılıdır:
- Yaddaş izlərinin bərpası – bu proses beyinin müvəqqəti qabığında baş verir və keçmiş məlumatları yenidən xatırlamağa imkan yaradır.
- Yaddaş izlərinin transformasiyası – bu, beyinin parietal qabıqda həyata keçirilir və məlumatların yeni şəraitə uyğunlaşdırılmasını təmin edir.
Alimlər müəyyən ediblər ki, beyin yaddaşı eyni anda iki prinsiplə işləyir:
- Obyektlərin ümumiləşdirilməsi – beyin oxşar obyektləri və situasiyaları ümumi bir modelə uyğunlaşdırır.
- Differensiasiya – fərqləri və unikal xüsusiyyətləri qoruyaraq fərdi yaddaşları tanıyır.
Bu prosesləri daha yaxşı anlamaq üçün alimlər süni neyron şəbəkələri tətbiq ediblər. Beyin fəaliyyətini modelləşdirən bu texnologiya yaddaşın kodlaşdırılması və tanınmasının mexanizmlərini daha detallı şəkildə öyrənməyə imkan verib.
Araşdırmanın nəticələri yaddaşın işləmə prinsiplərinə yeni nəzəri baxış formalaşdırmaqla yanaşı, Alzheimer və digər neyroloji xəstəliklərin diaqnostikası və müalicəsində yeni üsullar inkişaf etdirməyə kömək edə bilər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






