Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası təsdiq edildi - Press Reliz
Azərbaycan Mərkəzi Bankı beynəlxalq standartlara uyğun olaraq Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydasını təsdiq edib - Press Reliz.

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı beynəlxalq standartlara uyğun olaraq “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib. Yeni qaydalar banklarda fəaliyyətin davamlılığını artırmaq, əməliyyat risklərini azaltmaq və maliyyə dayanıqlığını təmin etmək məqsədi daşıyır - Press Reliz.
13 fevral 2025-ci il, Bakı: Requlyativ çərçivənin bank sektorunun tənzimlənməsi üzrə beynəlxalq standart kimi qəbul edilmiş Bazel Komitəsinin tövsiyələrinə uyğunlaşdırılması Mərkəzi Bankın strateji prioritet hədəflərindən biri kimi müəyyən edilib. Bu xüsusda, Mərkəzi Bank tərəfindən mütərəqqi beynəlxalq təcrübə və standartlara əsaslanan “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” (Qayda) hazırlanaraq təsdiq edilib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Qaydanın əsas məqsədi banklarda fəaliyyətin davamlılığının artırılması və əməliyyat mühitində hadisələrə daha çevik reaksiyanı təmin etməklə, əhəmiyyətli maliyyə itkilərinin qarşısının alınmasını dəstəkləməkdir. Yeni qəbul edilmiş requlyativ qaydada xüsusilə, banklarda əməliyyat risklərinin idarə edilməsi sisteminə, əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqinə, bankdaxili və nəzarət orqanına hesabatlılığa, habelə əməliyyat risk hadisələri barədə məlumat bazasının formalaşdırılmasına dair tələblər müəyyən edilib.
Bu çərçivənin tətbiqi banklarda əməliyyat riskləri hadisələrinə dair mövcud məlumat bazasının genişləndirilməsinə, əməliyyat risk hadisələri nəticəsində bankın qarşılaşdığı zərərin daha dəqiq hesablanmasına və növbəti dövrlərdə əməliyyat risklərinə dair kapital tələbləri üzrə banklar tərəfindən daha təkmil yanaşmaların tətbiqinə imkan yaradacaq.
Qəbul olunmuş Qaydanı aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür: https://e-qanun.az/framework/58966
Bu xəbəri necə dəyərləndirirsiniz?






